Xəbər lenti
"Zamanında danışmağı bacarın, əfəndilər!"- Emil Rasimoğlu

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlu bir neçə ədəbiyyat adamının Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı açıqlamasına münasibət bildirib:
"Mətbuatda bir sıra qələm adamları- Sabir Rüstəmxanlı, Səfər Alışarlı və digərləri Mədəniyyət Nazirliyindəki hazırkı durum barəsində danışıblar.
Bu mənzərəni görüncə Rəşid Mahmudovun bir sözü yadıma düşdü. Bir dəfə Rəşid müəllim bir şairə demişdi ki, Anara bir söz deyə bilmirsən, qlobusu qabağına qoyub uşaq kimi danlayırsan.
İndi bu şəxslər də bir ədəbiyyat adamı olaraq Azərbaycan Yazıçılar Birliyindəki neqativ hallardan söz açıb Anara sözlərini deyə bilmirlər, durub Mədəniyyət Nazirliyindəki hərci-mərclikdən danışırlar. Heç ondan da danışa bilməzlər. Sadəcə Mədəniyyət Nazirliyinin başının üstündəki qara buludu görüb dilə gəliblər bu qara bulud sevdalıları.
Bircə onlara demək istəyirəm ki, hərdən qolunuza saat taxın (bəlkə də taxırsınız)...və hərdən o saata baxıb zamanında danışmağı bacarın, əfəndilər!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar