Xəbər lenti
Milli Məclisin yeni şöbə müdiri "Porsche"sini 92 minə satdı (ŞƏKİL)
Milli Məclisin Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri İlkin Məmmədov lüks avtomobilini satıb.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, İlkin Məmmədov "Porsche" markalı avtomobilini 54 min dollara (92 min manat) Turbo.az saytında satışa çıxarıb. Həmin elanı İlkin Məmmədov öz feysbuk səhifəsində də paylaşıb.
39 yaşlı İlkin Məmmədov elan yerləşdirərkən belə bir qeyd də yazıb: "...Bu komplektasiyada eyni avtomobil Azərbaycanda yoxdur!".
Reklamın artıq aktiv olmaması onu göstərir ki, İlkin Məmmədov artıq avtomobilinə müştəri tapa bilib.
Xatırladaq ki, İlkin Məmmədov Milli Məclisdə Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri vəzifəsinə mayın əvvəlində təyin edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar