Xəbər lenti
Metronun açılması yoluxmanın artmasına səbəb olacaqmı? - Həkimdən AÇIQLAMA
Xəbər verdiyimiz ki, sabahdan, 9 may 2020-ci il tarixdən etibarən Bakıda metroların işləməsinə icazə veriləcək. Dünyada yayılan COVID-19 pandemiyasına görə, bir aydan çox fəaliyyətini dayandıran metro virusların ən çox yayıldığı ictimai yerlərdən sayılır. Son günlər Operativ Qərargahdan verilən məlumatda ölkədə koronavirusa yoluxma hallarının artdığı görülür. Bəs metroların açılması xəstəliyin daha çox yayılmasına səbəb ola bilərmi?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı Yeniavaz.com müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla ilə əlaqə saxlayıb.
Adil Qeybulla açıqlamasında bildirib ki, ictimai yerlərin fəaliyyətini bərpa etməsi, iş yerlərinin açılması bəzi qaydalara əməl edildiyi təqdirdə təhlükəli deyil:
"Burada vacib məqamlardan biri insanların bu xəstəliyə ciddi yanaşmasıdır. Hələ də istər sosial şəbəkələrdə, istər küçələrdə bu prosesə inanmayanlar, qaydalara əməl etməyənlər var. Əgər insanlar yeni növ koronavirus təhlükəsinə görə qoyulan qaydalara riayət etsələr yoluxmalar azalar. Virus havada çox qalmır, daha çox səthələrə yapışaraq digər insanlara yoluxur. Metroların açılmasına gəldikdə isə bildiyimiz kimi, orada havalandırma sistemləri var, hər gün dezinfeksiya olunur, Metrodan istifadə edən insanlar maska taxsalar, gigiyenik qaydalara riayət etsələr təhlükəli hallar artmaz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar