Xəbər lenti
Açılan kafe və restoranlar hansı qaydalarla işləyir? - REPORTAJ
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən bir çox bölgələrdə olduğu kimi İsmayıllı və Göyçayda da restoran, kafe, eləcə də çay evləri fəaliyyətə başlayıb.
Səhiyyə Nazirliyinin təsdiq etdiyi metodiki göstərişlərə uyğun olaraq fəaliyyətə başlayan iaşə obyektləri ənənəvi gigiyenik tələblərlə yanaşı bəzi yenilikləri də nəzərə alıblar.
Belə ki, ictimai iaşə müəssisələrinin daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etməsi üçün həmin qaydalar barədə məlumat vərəqələri çap edilərək soyunub-geyinmə otaqlarına, sanitar qovşağa, mətbəxə asılıb. Obyektlərdə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilib.
İaşə obyektləri daimi isti və soyuq su, təmizlik vasitələri, eləcə də dezinfeksiyaedici maddələrlə təmin edilib.
Bundan başqa, restoran sahibləri əsas tələb kimi yemək zallarında oturacaqların ara məsafəsinin aralı olmasını təmin edib:
Çay evinin sahibi masalar arasındakı məsafəni qoruduqlarını bildirir: “Çay evində gigiyenik qaydalara əməl edirik, topa oturmağa icazə vermirik, müştərilərin oturduğu masalar arasında 2 metr məsafə saxlanılır, domino, qəlyan yığışdırılıb.
Kafe sahibi Taleh İsmayılov da gigiyenik qaydalara əməl etdiklərini deyir: "Kafemiz bir aydan çox idi fəaliyyət göstərmirdi, bu gündən fəaliyyət başladıq. Gigiyenik qaydalara əməl edirik, masalar arasında iki metr ara məsafəsi saxlanılır. Hər gün dezinfeksiya işləri görülür, salfetlər, isti-soyuq su var".
Müştərilər də qoyulan qaydalara əməl edirlər:
- İki metr ara məsafəsini saxlayırıq, bir saat otururuq, bir çay içib gedirik evə.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin tələblərinə əsasən 10 kvadratmetr ərazidə ən çox 4 nəfərin olması tövsiyə olunur. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar