Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda xarici vətəndaşlara qanunsuz pensiya ödənildiyi üzə çıxıb

Tarix: 04-05-2020 12:56     Baxış: 3201 A- / A+
Azərbaycanda xarici vətəndaşlara qanunsuz pensiya ödənildiyi üzə çıxıb


1,4 milyon manatdan çox vəsait ödənilib

Hesablama Palatasının ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) apardığı yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar olunub.
Manevr.az bu barədə ali audit qurumunun hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, DSMF-nin Bakı şəhərinin Binəqədi və Nizami rayon şöbələrində əmək pensiyası hüququ olmayan şəxslərə pensiya təyin edilib, əcnəbilərə daimi yaşamaq icazəsi olmadığı dövrlərdə pensiya ödənişi aparılıb, Nazirliyin komissiyası tərəfindən əlillik dərəcəsi etibarsız hesab edildikdən sonra da ödənişlər davam etdirilib, nəticədə ümumilikdə müvafiq olaraq həmin şöbələr üzrə 905,7 min manat və 524,9 min manat vəsait ödənilib.

Bundan başqa, Fondun aparatının saxlanılması xərcləri üzrə ümumilikdə 30,3 min manat artıq vəsait ödənildiyi, alınmış 400 000 ədəd dövlət sosial sığorta şəhadətnamələrinin plastik kartlarından 50 815 ədədinin və yaxud 12,7%-nin istifadəyə yararsız olduğu üzə çıxıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar