Xəbər lenti
Müşfiq Ələsgərli:"Azərbaycanda pandemiya dövründə azad media mühiti qorundu, KİV-ə məhdudiyyətlər tətbiq edilmədi"
Bu gün 3 May – Beynəlxalq Mətbuat Azadlığı Günüdür; peşəkar xəbər istehsalçıları, azad söz, demokratik media təmsilçiləri üçün mühüm təqvimdir.
Manevr.az xəbər verir ki, bu fikri Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bu günlə bağlı yazısında qeyd edib. Sonrakı fikirlərində M.Ələsgərli ilk dəfə pandemiya dövründə qeyd olunan əlamətdar gün və bu dövr ərzində ölkəmizdə KİV-ə, jurnalist fəaliyyətinə münasibətdən söz açıb:
"“Amma tarixdə, bəlkə də ilk dəfədir ki, dünyanın bütün nöqtələrində jurnalistlər bu təqvimi ümumi olaraq stres və narahatlıq içində keçirirlər”-deyə, Beynəlxalq Jurnalistlər Federasiyasının açıqlamasında bildirilir. 2020-ci ildə 3 May təqvimi dünyanı lərzəyə salan pandemiyanın, COVİD-19-un təsirləri altında qeyd edilir: “Pandemiya dövrünün şərtləri söz azadlığı, demokratik media mühiti üçün ciddi məhdudiyyətlər, həlli çətin olan problemlər yaradıb”. BJF-nin hesablamalarına görə, dünyada:
- Hər 4 jurnalistdən 3-ü COVİD-19 haqqında məlumat verərkən rəsmi məhdudiyyətlər, əngəllər və hədə-qorxularla üzləşib;
- Hər 3 jurnalistdən 2-si əmək haqqının azaldılması, iş yeri ixtisarı- itkisi və ya iş şəraitinin pisləşməsi ilə üzləşib;
- Jurnalistlərin 1/3-i bu dövrdə yalnız Covid-19-la bağlı materiallar hazırlamaq məcburiyyətində qalıb, digər sahələrdə (pandemiya ilə mübarizədə adekvat olmayan fəaliyyətlər, yol verilən qüsurlar, korrupsiya halları və sair) araşdırmalar aparmaq imkanları əllərindən alınıb; “şərtləri pozan” 10-larla jurnalist həbs edilib, 100-lərlə jurnalist məhkəmə iddiaları ilə üzləşib, 1000-lərlə jurnalist iş yerini itirib;
- Pandemiya dövründə “saxta xəbərlərin qarşısını almaq” adı altında media qanunlarına əlavələr edilmiş, yen qanunlar qəbul edilmişdir ki, bu qanunların əksəriyyətində hökumətlərin sui-istifadə halları aşkar görünür, media azadlığının çərçivəsi kəskin şəkildə daralılır…və sair.
Bir sözlə, COVİD-19 pandemiyası dünyada söz azadlığı, demokratik media mühiti üçün məqbul olmayan şərtlər formlaşdırır, dünya dövlətləri pandemiya ilə mübarizə adı altında peşəkar jurnalistikanın sıxışdırılması yönündə fəaliyyətlər göstərirlər.
BJF və onun tərəfdaşları “pandemiya dövrünün şərtlərinin perespektivdə media fəaliyyəti üçün yeni normaya çevriləcəyindən” narahatdırlar. Təşkilat bunun qarşısını almaq üçün öz tərəfdaşları ilə birgə qlobal müqavimət hərəkatı- "Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma" yaratmağı təklif edib.
PS. Sevindirici haldır ki, Azərbaycan dövləti pandemiya dövründə azad media mühitinin qorunması, jurnalistlərin sərbəst fəaliyyətlərini davam etdirmələri üçün əməli addımlar atdı. Xüsusi karantin rejimi dövründə KİV-ə məhdudiyyətlər tətbiq edilmədi. Dövlət “informasiyanın alınmasını, ötürülməsini strateji əhəmiyyətli və mühüm məsələ" kimi qeyd etdi. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi üçün hazırladığı şərtlərdə KİV-in fəaliyyətinə sərbəstlik verdi.
Paralel olaraq, iş yerlərinin ixtisarının, əmək haqlarının azaldırlamsının qarşısını almaq üçün proqramlar icra edildi, KİV-lərə dövlət dəstəyi göstərildi. Monitorinqlərin nəticəsi göstərir ki, Azərbaycanda pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumu, iş yerini itirən jurnalistlər yoxdur.
Arzu edək ki, COVİD-19-un təsirləri aradan qaldırılsın, növbəti “3 May”ları dünyadakı həmkarlarımız “stressiz və narahatlıq keçirmədən” qeyd edə bilsinlər.
Bayramınız mübarək!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar