Xəbər lenti
“Nuray qorxu içindədir” - Qubaya getmiş ekspert danışdı
“Hazırda 10 yaşlı Nuray Bayramzadə böyük gərginlik və qorxu içindədir. Dünənki hadisə nəticəsində uşağın bədəninin müəyyən yerlərində göyərmiş izlər var”.
Bunu Teleqraf.com-a Qubaya səfər etmiş Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli deyib.
Xatırladaq ki, Nuray Bayramzadə xalasından alınaraq atasına verilməsi ilə bağlı Quba Rayon Məhkəməsinin qərarının icrası zamanı zorakılıqla üzləşib. Sosial şəbəkədə bununla bağlı video yayılıb.
Hazırda Azərbaycan Uşaqlar Birliyinin iki əməkdaşı Qubadadır.
Vasif Akiflinin sözlərinə görə, Nuray dünən atasına verilən zaman qorxub: “Özünə qapanıb, insanlardan çəkinir. Xalası da iddia edir ki, uşaq atasını ilk dəfə məhkəmə zalında görüb. Bunun üçün uşağın atasıyla getməməsi normal qiymətləndirilə bilər. Xala uşağı vermək istəmir, uşaq da xalası ilə yaşamağı arzulayır.
Nuray anası öləndən sonra uzun müddət xalasının qəyyumluğunda olub. Atanın məhkəməyə müraciətindən sonra xalanın qəyyumluğu ləğv olunub.
Ata da öz övladını istəyir. Bu məsələdə ailələr arasında kəskin konflikt var. Hər zamankı kimi ailələrarası münaqişədə yaranmış çuxura yenə də uşaqlar düşür”.
Mərkəzinin koordinatoru deyir ki, əsas diqqəti uşağın müdafiəsinə yönəltmək lazımdır: “Məhkəmə uşağın ataya verilməsi barədə qərar çıxara bilər. Uşaq buna razı deyilsə, məhkəmədə Rayon İcra Hakimiyyəti yanında qəyyumluq komissiyasından nümayəndəsi iştirak etməli, psixoloq uşaqla müəyyən danışıqlar aparmalıdır.
Nurayı xalasına "ana" deyirsə, onun psixologiyasında möhkəmlənmiş obrazı dağıtmaq təbii ki, normal deyil. Bir uşağı 10 ildir görmədiyi atanın yanına göndərmək onun üçün çətin və stresverici ola bilər”.
Vasif Akiflinin sözlərinə görə, hüquq mühafizə orqanlarıı araşdırma aparıb, məhkəmə qərarının ləğvi barədə nəticəyə gələ bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar