Xəbər lenti
Deputat özünü ifadə edə bilmirsə... - Sabir Rüstəmxanlı
Son vaxtlar bəzi millət vəkilləri mətbuata verdikləri açıqlamalarda işlətdikləri ifadələri ilə müzakirə obyektinə çevrilirlər. Bəzi deputatların öz ana dillərində normal danışa bilməmələri və yaxud fikirlərini ifadə etməyi bacarmamaları cəmiyyətdə birmənalı qarşılanmır.
Bəs, görəsən, millət vəkilləri bu cür halların yaşanmaması üçün nə etməlidir?
Məsələ ilə bağlı kult.az-a açıqlama verən xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, deputat nitqinin məsuliyyətini dərk etməlidir:
"Bəzən millət vəkilləri çıxışlarında çox ciddi qüsurlara yol verirlər. Onların çıxışlarını qanunla nizamlamaq, məhdudiyyət qoymaq mümkün deyil. Belə bir qanun yoxdur ki, deyəsən, sən belə danışma. Bu, hər kəsin öz intellekt səviyyəsindən və məsuliyyətindən asılıdır. Əgər millət vəkili öz ana dilində normal danışa bilmirsə və nitqi qüsurludursa, sözü harada işlədib-işlətməməyi bilmirsə, gərək çıxışlarını yazılı şəkildə üzündən oxusun. Yoxsa necə gəldi danışıb, camaatın gözündə millət vəkili statusunu gülünc vəziyyətə qoymaq olmaz".
S.Rüstəmxanlı onu da qeyd edib ki, Milli Məclisin bəzi qanunlarının da dili qüsurlu və qəlizdir:
"Təkcə bəzi millət vəkillərinin deyil, Milli Məclisin qanunlarının da dili qüsurludur. Qanunları hazırlayarkən hansı dillərdən tərcümə edirlərsə, o dildə olan sözün düzgün qarşılığını tapmırlar və ya ifadə formasını düzgün seçmirlər. Ona görə də bəzən ağır və xalqın başa düşmədiyi qanun mətni ortaya çıxır".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar