Xəbər lenti
Prezident təqaüdçüsü: "Yaxşı olar ki, Fikrət Qoca karantin dönəmindən sonra AYB-yə yalnız istefa ərizəsi üçün qayıtsın"
Bir neçə gün öncə Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Fikrət Qoca yerli KİV-ə verdiyi müsahibədə karantin günlərində AYB-nin fəaliyyəti ilə bağlı danışıb. Onun məsələ iləbağlı danışdıqları cəmiyyətdə birmənalı qarşılanmayıb. Fikrət Qoca verilən suala cavab olaraq deyib ki, onsuz da AYB-də elə bir iş yox idi: "Bəhanə edib, işə gəlirdik. Bizim işimiz əsasən evdə olur".
Məsələyə Prezident təqaüdçüsü, AYB sədrliyinə namizəd, şair Emil Rasimoğlu da münasibət bildirib. O, 84 yaşlı katibin söylədiyi fikirləri sərt şəkildə tənqid edib. Prezident təqaüdçüsünün Xalq şairi Fikrət Qocaya ünvanladığı ismarışları olduğu kimi təqdim edirik:
"Fikrət Qocanın bu cavabı nə qədər acınacaqlı olsa bir o qədər də səmimi və dürüstdür. Bu öz yerində...
Əvvəla, gərək Fikrət Qocanın məlumu olsun ki, onun evdə gördüyü iş öz işidi. AYB-nin fəaliyyəti nə Anarın, nə Fikrət Qocanın, nə də digər rəsmilərin evdə yaradıcılıqla məşğul olmasından, yazıb-pozmasından ibarət deyil.
Amma digər tərəfdən, Fikrət Qoca bilmirdimi ki, bir rəhbərlik olaraq AYB-nin ümumrespublika fəaliyyətinə nəzarət etməyib onu bərbad duruma salanda, tabeliyində olan bütün heyəti formallaşdırıb ştatları yalnız kimlərinsə çörək yerinə çevirəndə ora ancaq bəhanə edib iş adı ilə gələcəklər.
Bu gün durub AYB rəhbərliyinin rəsmisi olaraq Fikrət müəllimin o tərzdə danışmağı Yazıçılar Birliyinə eləcə də dövlətin o Birliyə göstərdiyi diqqətə qarşı sayğısızlıq deyilmi? Adama deməzlərmi, orada heç bir iş yoxdusa bəs dövlətdən bu pullar AYB-yə nə üçün ayrılır? Əsla mən pulların ayrılmasının əlehinə deyiləm. Ədəbiyyata qayğı bütün zamanlarda olmalıdır. Mən Fikrət Qocanın və orada hal-hazırda çalışan digər rəsmilərin elə Fikrət Qocanın təbirincə desək, heç bir iş görməyə-görməyə bəhanə edib işə getmələrinin, AYB-ni iflic duruma gətirib çıxartmaqlarının əlehinəyəm...
Bir də onu da deyim ki, Fikrət Qocanın bu cavabı bir daha AYB-nin həyatında Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Rəşad Məcid dövrünün bitdiyinin göstəricisidir.
Fikrət Qoca yaxşı olar ki, karantin dönəmindən sonra AYB-yə yalnız istefa ərizəsi üçün qayıtsın. Bəlkə onun bu addımını təkrarlamaq Anara, Çingiz Abdullayevə, Rəşad Məcidə də borc ola..!"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar