Xəbər lenti
Qənirə Paşayeva:"Ciddi dəyişiklik və islahatlara ehtiyac var..."- VİDEO
Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva MM-da Hesablama Palatasının 2019-cu il hesabatı ilə bağlı çıxış edib.
Manevr.az xəbər verir ki, Q.Paşayeva cənab Prezidentin rəhbərliyi altında korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb və Hesablama Palatasının hesabatına dair təkliflər irəli sürüb:
”Hesablama Palatasının vəzifəsi sadəcə nöqsanları üzə çıxarmaqdan ibarət olmalı deyil. Hesabatda təklif və tövsiyələr hissəsinə diqqətlə baxdım. Bu təklif və tövsiyələrin bir hissəsi illərlə təkrarlanır. Bu təkliflər ölkə başçısının ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı siyasətinin gücləndirilməsinə xidmət edən təkliflərdir. Ancaq bəzi qurumlar bu təklif və tövsiyələrə əməl etmir. Deməli, ciddi dəyişiklik və islahatlara ehtiyac var. Ona görə də bu təklif və tövsiyələrə əməl etməyən qurumların adlarının açıqlanması vacibdir. Eyni zamanda bu təklif və tövsiyələrə əməl edən qurumlar da açıqlanmalıdır. Həmkarlarımın vurğuladığı kimi bu sahədə qanunvericilikdə də təkmilləşmələr aparılmalıdır. Bununla dövlət büdcəsinə bərpa edilən vəsaitlərin həcmi də artırıla bilər. Onda növbəti dəfə bu hesabatlarda daha çox pozuntuların azalmasından və büdcəyə daha çox vəsaitin cəlb olunmasından danışa bilərik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar