Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Deputatdan Nurayla bağlı açıqlama - “Bunu edənlər cəzalansın”

Tarix: 07-01-2017 18:13     Baxış: 4394 A- / A+
Deputatdan Nurayla bağlı açıqlama

Qubadan seçilmiş millət vəkili Vahid Əhmədov 10 yaşlı Nurayla bağlı dünəndən sosial şəbəkəkərdə geniş müzakirə olunan hadisəyə münasibət bildirib.

Millət vəkili “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisədən xəbərdardır və hazırda o işlə məşğuldur: “Mən indi məsələylə bağlı Quba rayon Məhkəməsinin sədri Füzuli Pənahovla danışdım. O dedi ki, uşağın atası və xalası ilə görüşüb. Onları barışdırmaq istəyib. Çox çalışıb, amma tərəflər barışmayıb. Sonra məcbur olub məhkəmə qərar verib. Qızın xalası da qərardan apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxladı. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb.

Rayon icra hakimiyyətinin birinci müavini ilə danışdım. Ədliyyə Nazirliyi ilə də əlaqə saxladım. Ümumiyyətlə, bu məsələ doğrudan da müzakirə olunacaq bir hadisədir. Lap tutalım ki, məhkəmənin qərarı var. Onun qərarına mən qarışmaq istəmirəm. Çünki məhkəmə qərarları müstəqil qəbul etməlidir. Amma qərar qəbul olunsa da, 10 yaşlı uşağı, onun xalasını o vəziyyətə salmaq heç düzgün deyil. O icraçıların o vəziyyətdə uşağı alıb atasına verməyi mən qəbul etmirəm. Bu faktiki olaraq insanlığa, azərbaycançılığa yaraşmayan bir məsələdir. Mən bunu pisləyirəm. Ədliyyə nazirinə məktub hazırlayıram ki, bu barədə araşdırma aparsın. Bu işdə kim günahkardısa, ona cəza versin. İcraçılar ondan ötrü deyil ki, necə gəldi hərəkət etsinlər. Mən o anormal hərəkətə baxanda dəhşətə gəldim”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar