Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış ictimai xadimlərdən Prezidentə müraciət

Tarix: 28-04-2020 17:23     Baxış: 4521 A- / A+
Tanınmış ictimai xadimlərdən Prezidentə müraciət

Bir qrup millət vəkili, alim və yazar tanınmış tərcüməçi, şair Sevil Gültənin mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyevə və I Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət imzalayıb.

Müraciətdə uzun illərdir kirayədə yaşayan tərcüməçi, ingilis dili üzrə mütəxəssis Sevil Gültənin ağır maddi-sosial durumunu nəzərə alaraq, onun dövlət hesabına mənzillə təmin olunması xahiş olunur.

Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Surəti I Vitse Prezident Mehriban xanım Əliyevaya

Möhtərəm Cənab Prezident İlham Əliyev!

İstedadlı tərcüməçi, şair və esseist Sevil Gültən (Nuriyeva Sevil Məmməd qızı) haqqında bu məktubu Sizə ünvanlayarkən ədəbiyyat və incəsənət adamlarına göstərdiyiniz böyük diqqət və qayğıya, yüksək humanizm prinsiplərinə sədaqətinizə güvənir, xahişimizə etinasız yanaşmayacağınıza böyük ümid bəsləyirik.

Sevil Gültən qırx ildən artıq bir müddət ərzində dünya ədəbiyyatının nadir incilərini orijinaldan birbaşa dilimizə çevirən, eyni zamanda Azərbaycan ədəbiyyatının dünya arenasında yayılması, tanınması və təbliğində müstəsna xidmətləri olan ingilis dili üzrə mütəxəssisdir. Dünya klassiklərinin roman, povest, hekayə, esse və poetik nümunələrinin bir çoxu məhz onun tərcüməsində Azərbaycan oxucusunun stolüstü kitabına çevrilmişdir. Yüksək səviyyəli mədəniyyət və incəsənət törənlərində Azərbaycanı ləyaqətlə təmsil edən yazıçı və şairlərimizin əsərlərinin əksəriyyəti Sevil Gültənin tərcüməsi vasitəsilə dünya ədəbi aləminə yol tapmışdır.

İndiyədək onun ingiliscədən tərcümə etdiyi 50-dən çox roman işıq üzü görmüş, 50-dək kitabın materialı olan 200-dən çox hekayə isə müxtəlif sayt və ədəbi orqanlarda çap olunmuşdur. Sevil Gültən Azərbaycan dilindən ingilis dilinə 70-dən çox kitab (şeir, roman, hekayə, elmi əsər və esse) tərcümə etmişdir. O, eyni zamanda Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sifarişi əsasında qələmə alınmış, ciddi tarixi əhəmiyyətə malik “Erməni əsirliyində”, eləcə də “Akdamardan Sarı gəlinədək erməni yalanı” və “Erməni vandalizmi” kitablarının tərcüməçisidir.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc tərcüməçilərin dostu və müəllimi olan Sevil Gültən eyni zamanda bir neçə şeir kitabının və esselər toplusunun da müəllifidir.

Çox təəssüf ki, şəxsi həyatında uğursuz bir tale yaşayan Sevil Gültən ata himayəsindən məhrum olan iki qız övladı ilə iyirmi ildir ki, kirayələrdə yaşamaq məcburiyyətindədir. Tərcümələrdən qazandığı cüzi qonorarla övlad böyüdüb boya-başa çatdırmağın, onları şəraitsiz kirayə evlərdə yaşatmağın nə qədər çətin olduğunu hər birimiz bilirik.

Möhtərəm Cənab Prezident!

Biz – ədəbi və elmi ictimaiyyətin aşağıda imza edən nümayəndələri Sizdən Sevil Gültənin ağır sosial durumunu və himayəsində iki övladının olmasını nəzərə alaraq, ona fərdi mənzil verilməsinə kömək etmənizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün ədəbiyyat və ümumən ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən sonsuz minnətdarlığımızı bildiririk.

Hörmətlə:

Sabir Rüstəmxanlı – xalq şairi, millət vəkili

Aqil Abbas – millət vəkili

Musa Urud – millət vəkili

Fazil Mustafa – millət vəkili

Etibar Əliyev – millət vəkili

Hikmət Babaoğlu – millət vəkili

Qılıncxan Bayramov – tərcüməçi, Azərbaycan Dillər Universitetinin professoru

Nəriman Həsənzadə – Xalq şairi

Vahid Əziz – Xalq şairi

Vilayət Hacıyev – tərcüməçi, filologiya elmləri namizədi

Vaqif Yusifli – filologiya elmləri üzrə fəlsəfə doktoru

Ramiz Duyğun – şair-publisist, hərbi jurnalist , AYB üzvü

Paşa Qəlbinur – şair, oftalmoloq, AYB üzvü

İradə Tuncay – yazıçı-publisist, “Ədalət” qəzetinin baş redaktoru

Aynur Camal – publisist “Teleqraf” Media Qrupunun rəhbəri

Rüstəm Kamal – filologiya üzrə fəlsəfə doktoru, professor

Məti Osmanoğlu – filologiya üzrə fəlsəfə doktoru, professor

Məmmədəli Qıpçaq – tarix üzrə fəlsəfə doktoru, professor

Azər Abdulla – yazıçı-publisist

Seyran Səxavət– yazıçı-publisist

Qulu Məhərrəmli – əməkdar jurnalist, professor

Baba Vəziroğlu – yazıçı, əməkdar incəsənət xadimi

Bahəddin Həziyev – “Bizim yol” qəzetinin baş redaktoru

Şahbaz Xuduoğlu – “Qanun” nəşriyyatının rəhbəri

Dəyanət Osmanlı – şair, AYB üzvü, Atatürk Mərkəzinin elmi işçisi

Vüsal Məmmədov – “AzVision.az” saytının baş redaktoru

Zahir Əzəmət – “Qaуnarinfo.az” saytının baş redaktoru

Faiq Balabəyli – “Müstəqil.az” saytının baş redaktoru

Bəxtiyar Əlirzayev – “BakuPost.az” saytının baş redaktoru

Sevinc Elsevər – şair, “Mücrü” jurnalının baş redaktoru

Azər Həsrət – Əməkdar jurnalist, siyasi şərhçi

Elçin İsgəndərzadə – şair, ATU-nun kafedra müdiri, professor

Ramiz Qusarçaylı – şair, “Ay işığı” ədəbi birliyinin sədri, AYB üzvü

Ağa Cəfərli – jurnalist, Azərbaycan Dillər Universitetinin mətbuat katibi

Qismət Rüstəmov – şair, AYB üzvü, Yaradıcılıq Fondunda aparat rəhbəri

Qulu Ağsəs – şair-publisist, “Ulduz” jurnalının baş redaktoru

Xalid Kazımlı – “Yeni Müsavat” qəzetinin redaktoru

Yusif Məhəmmədoğlu – “Xəbərlər” informasiya agentliyinin rəhbəri

Elçin Zahiroğlu – jurnalist, “BakuPost.az” saytının təsisçisi

İlham Quliyev – “Kaspi” qəzetinin baş redaktoru

Nəzakət Məmmədova – Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru, AYB üzvü

Azad Qaradərəli – yazıçı, “Yazı” dərgisinin baş redaktoru

Firuz Mustafa – yazıçı-dramaturq, AYB üzvü

Tofiq Qaraqaya – şair, AYB üzvü

Əhməd Qəşəmoğlu – şair, sosioloq, AYB üzvü

Nəriman Əbdürrəhmanlı – yazıçı-tərcüməçi, AYB üzvü

Aslan Quliyev – yazıçı-tərcüməçi, AYB üzvü

Kamran Nəzirli – yazıçı-tərcüməçi, AYB üzvü

Səfər Alışarlı – yazıçı, AYB üzvü
Rüstəm Behrudi – şair

Tahir Talıblı – şair, AYB üzvü

Murad Köhnəqala – şair-yazıçı, AYB üzvü

Yusif Savalan – şair- tərcüməçi, Dillər Universitetinin müəllimi, AYB üzvü

Eyvaz Zeynalov – yazıçı, AYB üzvü

Zahid Sarıtorpaq ­– şair, yazıçı-tərcüməçi

Sultan Mərzili – şair- yazıçı, AYB Moskva bölməsinin katibi
Yunus Oğuz – yazıçı-publisist , AYB üzvü

Əhməd Oğuz – şair, AYB üzvü
Ədalət Məmmədov – Respublikanın Əməkdar Artisti, aktyor

Avdı Qoşqar – şair-publisist, Əməkdar jurnalist

Fəxri Uğurlu – yazıçı-publisist, AYB üzvü

Rasim Qaraca – şair-publisist

Əjdər Ol – şair, yazıçı-publisist, AYB üzvü

Əsəd Cahangir – tənqidçi, AYB üzvü

Vaqif Əjdəroğlu – tərcüməçi, yazıçı-publisist

Pərviz Cəbrayıl – yazıçı

Hədiyyə Şəfaqət – şair-publisist

Aləm Kəngərli – yazıçı, AYB üzvü

İlham Qəhrəman – şair, AYB üzvü

Zirəddin Qafarlı – şair, AYB üzvü

Səhər Əhməd – şair, teleaparıcı

Şəlalə Göytürk – şair, publisist, AYB üzvü

Jalə Mütəllimova – jurnalist, AJB üzvü

İlham Tumas – jurnalist, İTV Şirkətində redaktor

Vüsal Oğuz – şair, AYB-nin Oğuz bölməsinin rəhbəri

Mübariz Örən – yazıçı, AYB üzvü

Kəramət Böyükçöl – yazıçı-publisist

Ayxan Ayvaz – yazıçı, “Kulis.az” saytının əməkdaşı
İlqar Türkoğlu – şair, AYB üzvü

Çingiz Musayev – şair, AYB üzvü, “Tovuz” qəzetinin baş redaktoru

Aydınxan Əbilov – şair, kulturoloq, AYB üzvü

Balaxan Qərib – şair, AYB üzvü

Əkbər Qoşalı – şair, AYB üzvü, Atatürk Mərkəzində şöbə müdiri

Nazim Əhmədli – şair, hərbi jurnalist, AYB üzvü
Elçin Hüseynbəyli – yazıçı, AYB üzvü

Kərim Kərimli – yazıçı-jurnalist, AYB üzvü

Firuzə Məmmədli – şair, “ Qızıl kəlmə” mükafatçısı, AYB üzvü

Şəfəq Nasir – yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, AYB üzvü

Pərvanə Məmmədli – ədəbiyyatşünas, AYB üzvü

Aləmzar Sadıqqızı – şair, AYB üzvü

Qəşəm Nəcəfzadə – şair, Əməkdar mədəniyyət işçisi

Maarif Soltan – şair, AYB üzvü

Xatirə Rəhimbəyli – şair, AYB üzvü
Cavid Zeynallı – yazıçı, AYB üzvü

Reyhan Kənan – şair, AYB üzvü

İlqar Rəsul – yazıçı, AYB üzvü

İradə Aytel – şair-publisist, AYB üzvü

Şəhriyar Del Gerani – şair, AYB üzvü

Sevinc Fədai – jurnalist

Vasif Sadıqlı – publisist

Nazilə Gültac – şairə, AYB üzvü

Rumiyyə Miraslan – jurnalist

Elməddin Muradlı – jurnalist

Arzu Nehrəmli – şair, AYB üzvü

Ülviyyə Heydərova – yazıçı -publisist , AYB üzvü

Yeganə Kərimzadə – yazıçı , AYB üzvü

Dilqəm Əhməd – tədqiqatçı-jurnalist, AYB üzvü

Günel Natiq – yazıçı-publisist, AYB üzvü

Giya Paçxataşvili – şair-tərcüməçi, AYB üzvü

Kənan Hacı – yazıçı, AYB üzvü

Xuraman Hüseynzadə – şair

Sevinc Nuruqızı – yazıçı, AYB üzv

Məqsəd Nur – yazıçı, AYB üzvü

Zamiq Zərdabi – şair, AYB üzvü

Nüşabə Əsəd Məmmədli – yazıçı, AYB üzvü

Kəbutər Haqverdi – jurnalist

Elçin Bayramlı – sosioloq, jurnalist

Xan Rəsuloğlu – şair, AYB üzvü

Cəlil Cavanşir – şair, “Mücrü” nəşriyyatının redaktoru

Əlabbas Bağırov – yazıçı-publisist.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar