Xəbər lenti
Baş infeksionist: "Məktəblərin mayın 4-dən sonra açılmasının əleyhinəyəm" - VİDEO
"Məktəblərin mayın 4-dən açılmasının əleyhinəyəm". Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev bu fikirdədir.
Manevr.az xəbər verir ki, C.İsayev Space TV-nin "Sadə həqiqətlər" verilişində yuxarı sinif şagirdlərinin məktəbə getməsinin onların həyatı üçün təhlükə olduğunu deyir:
"Məktəblərin mayın 4-dən sonra açılmasının əleyhinəyəm, çünki bunun nə dərəcədə düzgün olduğunu bilmirik. Beşinci sinifdən yuxarı şagirdlər kifayət qədər yüksək yaş qrupuna aid olan uşaqlardır. Daha fəaldırlar və bu səbəbdən yoluxma ehtimalı daha artıqdır. Ona görə də yuxarı sinif şagirdlərinin məktəbə buraxılması düzgün deyil. Yaxşı olar ki, məktəbin fəaliyyətə başlaması son mərhələyə saxlanılsın. Onsuz da onlayn dərslər keçirilir, dərslərə bu şəkildə davam etmək olar. Mən respublikanın baş infeksionisti kimi məktəblərin açılmasının əleyhinəyəm. Mən o vaxt məktəblərin açılmasının ayın 11-dək uzadılmasını təklif etmişdim. Qərargah mənim təklifimin mənfi-müsbət tərəflərini öyrənib qərar verəcək".
Baş infeksionist mayın 4-dən sonra bağçaların açılmasının mümkünlüyünü dilə gətirib:
Məktəblərin açılmasını bir qədər sonraya saxlamaq olar, amma bağçaların açılması mümkündür. Fərdi əmək fəaliyyətilə məşğul olan valideynlərin əmək fəaliyyətinə başlaması üçün bunu edə bilərik. Doğrudur, burada da müəyyən risklər var, hər halda ölçüb-biçib sonra qərar verəcəyik".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar