Xəbər lenti
Yardım paylayanların kimliyi hər kəsi şok etdi – Koronavirus bunu da göstərdi
Covid-19 pandemiyasına görə karantin rejimində olan bir çox ölkələrdə ehtiyacı olan insanlara yardımların edilməsi geniş yayılıb.
Manevr.az saqlamHeyat.az-a istinadən bildirir ki, belə yardım kampaniyalarının təşkil edildiyi Meksikada bunu edənlərin kimliyi hər kəsin heyrətlənməsinə səbəb olub.
Meksikada narkotik qruplaşmaları yardım kampaniyasına görə adətən bir-birləri ilə yarışırlar.
Onların içində ABŞ-da həbsdə olan dünyanın ən böyük narkotik qaçaqçılığı kartellərindən birinin başçısı “El Çapo” ləqəbli Xaokin Quzmanın qızı da var. Quzmanın qızlarından biri Alexandirina Quzman üzərində “El Çapo 701” yazılmış yardım qutularının yaşlı və ehtiyacı olan ailələrə paylanmasında şəxsən özü iştirak edir. “El Çapo 701” Meksikanın Xalisko əyalətində A.Quzmanın adına olan moda markasıdır. Yardımlar dağıdıldıqdan sonra onun yer aldığı foto və videolar sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Meksikada cinayət şəbəkəsinə aid qruplaşmaların medianın diqqətini çəkəcək formada yardım dağıtdıqları bilinməkdədir. Dövlət qurumları onların qarşısını almaqda o qədər də həvəsli görünmürlər. Xavier Nava bölgəsinin bələdiyyə rəhbəri San Luis Potosi yardımı silahsız insanların dağıdılmasını söyləyərək onların qarşısının alınmasının qanuni yollarla mümkün olmadığını bildirib.
Müşahidəçilər hesab edirlər ki, mafiyanın bu yardımlarının arxasında əhali arasında özlərinə daha çox tərəfdar toplamaq niyyəti dayanır. Hansı ki, pandemiya ilə əlaqədar Meksikada vəziyyətin o qədər də ağır olmadığı bildirilir.
Qeyd edək ki, Meksikada 15 minə yaxın insanın koronavirusa yoluxduğu, onların 1350-dən artığı isə həyatını itirdiyi rəsmi olaraq bəyan edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar