Xəbər lenti
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.
Manevr.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli qərarına müvafiq olaraq əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti 28 aprel tarixindən 4 may 2020-ci il saat 00:00-dək təxirə salınır.
Bundan əlavə, AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. Həmçinin, xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən daha əvvəl müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər həmin müddət ərzində qüvvədə saxlanılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar