Xəbər lenti
Qənirə Paşayeva Tovuzda kənd xəstəxanalarına qaz verilməsi üçün çağırış etdi
Millət vəkili, Mədəniyyət komitəsinin sədri Q.Paşayeva bu gün Milli Məclisin iclasında Tovuz rayonu kəndlərində fəaliyyət göstərən bir sıra xəstəxana, həkim məntəqəsinə qaz verilməməsi problemindən danışıb və müvafiq qurumlara çağırış edib.
Manevr.az-ın məlumatına görə, Q.Paşayeva bildirib ki, Tovuzun bir çox kəndlərində kəndə uzun zamandır qaz verilməsinə baxmayaraq xəstəxana, həkim məntəqələrinə qaz verilməsi problemi bu günə qədər həllini tapmır və bu həmin müəsisələrdə çalışan tibb işçilərinin həm də həmin xəstəxana, həkim məntəqəsinə müraciət edən insanların özəlliklə soyuq aylarda narazılığına səbəb olur. Bu problemin bir sıra kəndlərdə yaşayan əhalini ciddi şəkildə narahat etdiyini vurğulayan Q.Paşayeva məsələnin Səhiyyə Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi arasında bu günə qədər həll oluna bilməməsindən qaynaqlandığını deyərək problemin həlli istiqamətində hər 2 quruma çağırış edib: “Tovuzda bir sıra kənd xəstəxanaları, həkim məntəqələrinə qaz verilməməsi ciddi problemdir və onları bu problemi qısa zamanda həll etməyə çağırırıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar