Xəbər lenti
Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə Tovuz sakinlərinə 1500 maska göndərildi
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayevanın təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə Tovuz rayonunda yaşayan şəhid ailələri, müharibə əlilləri, qazilər, tənha şəxslər, aztəminatlı ailələr, çalışması zəruri olan və icazə verilmiş sahələrdə fəaliyyət göstərən Tovuz rayonu sakinləri üçün 1500 maska göndərilib.
Manevr.az-ın məlumatına görə Maskalar Millət vəkili Qənirə Paşayevanın xahişi və çağırışına əsasən “Bakı Tesktil Fabriki” tərəfindən ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonunun 20 kəndinə və Qovlar şəhərinə hədiyyə edilib. Qeyd edək ki, millət vəkili Q.Paşayevanın xahişi ilə “Bakı Tekstil Fabriki” daha öncə Tovuz rayonuna 3 min maska da hədiyyə etmişdi.
Cənab Prezidentimizin bildirdiyi kimi "Biz birlikdə güclüyük" və hər kəs öz imkanları daxilində dünyanı cənginə almış karonavirusla mübarizədə öz töhfəsini verməli, xalqımızın sağlamlığı, dövlətimizin rifahı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməlidir deyən Q.Paşayeva Heydər Əliyev Fondunun pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək aksiyasını yüksək qiymətləndirərək hər birimiz bu addımlardan örnək alaraq belə ailələrə dəstəyimizi daha da artırmalıyıq deyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar