Xəbər lenti
“Cığallıq etmək onun xarakteridir” - Deputatdan Aslan İsmayılova İTTİHAM
Milli Məclisin deputatı Adil Əliyev onunla eyni dairədə rəqib olmuş, tanınmış vəkil Aslan İsmayılovla bağlı öz fikirlərini bölüşüb. Modern.az xəbər verir ki, deputat Aslan İsmayılovun “Bakupost” saytına verdiyi açıqlamalara münasibətinin Facebook-dakı rəsmi səhifəsi vasitəsilə bildirib.
“Cığallıq etmək Aslan İsmayılovun xarakteridir
Aslan İsmayılovun Bakıpost saytına müsahibəsində 2005, 2010, 2015-ci illər parlament seçkiləri ilə bağlı fikirlərini oxudum.
Mən Aslan İsmayılovun həyat fəaliyyətinə müdaxilə etmək fikrində deyiləm. Ona görə də mənə aid olan hissəsinə münasibət bildirmək istəyirəm.
Aslan İsmayılov deyir ki, Adil Əliyev hansı gücünə səs yığmışdı. Ona demək istəyirəm ki, biz səsimizi gecə-gündüz çalışdığımız əməyin,zəhmətin və düzgün təbliğatın gücünə yığılmışdı. A.İsmayılov namizədlərin imkanlarının bərabər olmadığını bildirir. Onun nəzərinə çatdırım ki, mən təbliğat aparanda, Aslan İsmayılov Amerikaya səfər etməyi vacib bildi və ora getdi. Təbii ki, seçicilərə onları yarı yolda buraxıb qaçan namizəd,millət vəkili lazım deyil.
Əvvəla onu demək istəyirəm ki, mən onun dediyi ona qarşı aparılan kampaniyadan xəbər yoxdur. Əgər, varsa da mən o onlardan deyiləm və o bilməlidir ki, Adil Əliyev onun fikirləşdiyi təyinatlı və yaxud satılmış, vicdanını itirmiş adamlardan deyil. Ona görə də mənim adımı çəkməklə yanlış fikirdə olduğunu düşünsün.
Sonra müsahibəsində parlamentdə “otura bilərdim” fikrini bildirir. Adamdan soruşarlar ki, istəmirdinsə,o zaman nəyə görə cənab İlham Əliyevin qəbuluna getmişdin? Yaxşı getdin və qəbulda oldun. Sənə şərt qoydular, sən də qəbul etmədin. Bəs bilə-bilə ki, şərtləri qəbul etməmisən və sən seçilməyəcəksən,o zaman niyə namizədliyini irəli sürdün? Maraqlısı odur ki, hər yerdə də deyirdin ki, qəbulda olmuşam, mən seçilmişəm. Mən belə daşa düşürəm ki, sən gedib demisən ki, mən deputat olmaq istəyirəm,orda da sənə deyiblər ki,olmaq üçün namizədliyini ver, seçicilərin etimadını qazan, seçkini ud deputat seçil. Sən də namizədliyini verib,qaçdın Amerikaya şad xəbər verməyə ki,”dobro” almışam və təbliğat üçün pul verin.
Aslan İsmayılov açıqlamasında aparata qoşulan erməni gəlsə onu da müdafiə edəcəyini bildirməsi onun gerçək simasını göstərir. Təbii ki, onu da edər. Çünki o Sumqayıt hadisələrində də ruslar və ermənilərin maraqlarını müdafiə edirdi.
Sonda Aslan İsmayılov 5 deputat seçkilərində iştirak etdiyini söyləyir. Təkcə, 3 seçkini mənə məğlub olub və ya qaçıb. Aslan İsmayılov sinəsini döyür ki, böyük vəzifələrdə işləyib. Soruşuruq ki, niyə axıra qədər həmin vəzifələrdə işləməmisən? Prokurorluqda və prezident administrasiyasından qovulmusan. Ən nəhayət Vəkillər Kollegiyasından qovuldun. Aslan İsmayılovun “gerçək fəaliyyəti”bundan ibarətdir. Unutmataq ki, cığallıq etmək Aslan İsmayılovun xarakteridir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar