Xəbər lenti
Koronavirusun pik həddi qarşıdadır? - Baş infeksionist DANIŞDI
“Koronavirusun pik həddi, sabitləşməsi, nə zaman aradan qalxacağı haqqında proqnoz vermək çətindir. Ona görə dünya alimləri də bu məqamları açıqlayarkən ehtiyat edirlər, indiki göstəricilərin pik hədd olmadığını qeyd edirlər”.
Manevr.az xəbər verir ki, bunu modern.az-a Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyib. Baş infeksionist pik hədd məsələsində dünya alimləri ilə razılaşmadığını qeyd edib:
“Çünki artıq koronavirusla mübarizə üçün görülən tədbirlər bir çox ölkələrdə ciddiyətlə həyata keçirilir. Tədbirlərin gücləndirilməsi xəstəliyin qarşısının alınmasında mühüm rol oynayacaq.
Həmişə demişik ki, koronavirus mövsümi xəstəliklər sırasındadır. Tədqiqatlar göstərir ki, günəşin ultrabənövşəyi şüalarının təsirləri altında virus tezliklə məhv olur. Qarşıdan yay aylarının da gəldiyini nəzərə alaraq, koronavirusun sabitləşəcəyini demək olar. İddialar səsləndirilir ki, pik hədd olacaq, bu hələ qarşıdadır və s. Ona görə, həmin açıqlamalarla razılaşmıram”.
Cəlal İsayev xatırladıb ki, Azərbaycanda koronavirusdan sağalanlar 50 faiz təşkil edir:
“Bu yaxşı göstəricidir. Görünür ki, xəstəlikdən sağalanlar üstünlük təşkil edir. Bir məqamı da qeyd edim ki, bu rəqəmlər koronavirusla bağlı rəsmi qeydə alınan statistikadır. Ola bilər, xəstəliyi yüngül keçirir, əlamətləri ciddi şəkildə büruzə vermir və statistikadan da kənarda qalır. Öz-özünə sağalanları və yenidən bu virusa tutulanların olmadığını da nəzərə alsaq, deməli, koronavirusa yoluxma sayında müəyyən stabilləşmə var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar