Xəbər lenti
"Başını dik tut, Patron!"- Fidan Quliyevadan Mübariz Mənsimova təsirli sözlər
Xəbər verdiyimiz kimi bu il mart ayının 15-də “Palmali” Şirkətlər Qrupunun prezidenti, Azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbul Baş Prokurorluğunun qərarı ilə saxlanılıb. Daha sonra martın 17- də İstanbul məhkəməsi onun haqqında həbs qərarı çıxarıb. Buna etiraz olaraq iş adamı aclıq aksiyasına başlamış və həbsdən öncə keçirdiyi cərrahiyə əməliyyatı səbəbindən səhhəti pisləşib. Bir müddət sonra aclıq aksiyasını dayandırsa da M.Mənsimovun səhhətində problemlər var. On minlərlə insan M.Mənsimova mənəvi dəstək olur, tezliklə həmyerlimizin azadlığa çıxması üçün dua edirlər.
Manevr.az xəbər verir ki, "Palmali"nin əməkdaşı Fidan Quliyeva sosial şəbəkədə Mübariz Mənsimova çağırış edərək onu ayaqda durmağa səsləyib:
"Patron, başını dik tut! Sen bizim fəxrimiz, qürurumuzsan. Bu günlər, əlbət ki, bitəcək, amma bu günlər bitməyən günlərdir və, şübhəsiz, həyatımızda iz buraxacaq. Bu izlərdən görəcəyik ki, kimdir dost, kimdir düşmən, haqq nədir, nahaqq nədir. Biləcəyik ki, mərdlik nədir, namərdlik necə olur. Yalanın nə olduğunu görəcəyik, doğrunu gəlib-gedən nəfəslərdən hiss edəcəyik. Bu günlər hər birimizə ədalət ilə ədalətsizlik arasında fərqləri də anladacaq. Və, təbii ki, izimizə düşənləri də, izimizlə gələnləri də görəcəyik. Başını dik tut, Patron! Bu günlər, sözsüz, bitəcək. Bu günlər özü ilə bərabər haqsızlığı da, yalanı da, ədalətsizliyi də bitirəcək."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar