Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli: "Pandemiya şəraitində sosial sahədə görülən işlər vətəndaşların rifahının təmin edilməsinə xidmət göstərir"

Tarix: 18-04-2020 21:15     Baxış: 3227 A- / A+
Müşfiq Məmmədli: "Pandemiya şəraitində sosial sahədə görülən işlər vətəndaşların rifahının təmin edilməsinə xidmət göstərir"

"Ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayıldığı ilk günlərdən etibarən Azərbaycan dövləti ortaya çıxa biləcək problemlərin həlli istiqamətində çox əhəmiyyətli önləyici və təxrisalınmaz tədbirlər həyata keçirir. Təbii ki, burada insanların sağlamlıqlarının qorunması, infeksiyanın geniş yayılmasının qarşısının alınması yönündə atılan addımlar xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin reallaşdırılması da ayrıca vurğulanmalıdır. Pandemiya şəraitində sosial sahədə görülən işlər vətəndaşların rifahının təmin edilməsinə xidmət göstərir".

Manevr.az bildirir ki, bu fikirləri "Yeni Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Millət vəkili indiki çətin günlərdə bu reallığın bir daha öz təsdiqini tapdığını, vətəndaşların problemlərinin həlli yönündə mühüm addımların atıldığını, əhalinin bütünlüklə dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb: "Bu kontekstdə bir sıra mühüm məqamları diqqətə çatdırmaq istəyirəm. Belə ki, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu addım dövlətimizin əlliyi olan şəxslərin hər hansı bir proseduru həyata keçirmək üçün xüsusi karantin rejimində rastlaşa biləcəyi çətinlikləri önləyir. Qeyd edildiyi kimi, bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2,6 milyon manat ayrılıb. Bundan başqa, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb və 2 ay üçün buna tələb olunan vəsait 10 milyon manatdır. Əsas məsələlərdən biri, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsidir ki, bu məsələ də artıq öz həllini tapıb. Nəzərə alınmalıdır ki bu məsələ ilə bağlı tələb olunan vəsait il ərzində 40 milyon manatdır. Bütün bunlar bir daha onu göstərir ki, pandenmiya şəraitində dövlət tərəfindən bütün zəruri resurlar vətəndaşların rifahı və mənafeyinin qorunması üçün səfərbər edilib".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar