Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Koronavirusla mübarizədə ölən həkimlər şəhid sayılır” – Hacı Şahin

Tarix: 18-04-2020 15:03     Baxış: 3245 A- / A+
“Koronavirusla mübarizədə ölən həkimlər şəhid sayılır” – Hacı Şahin

Bir neçə gündür ki, koronavirusla mübarizə zamanı epidemiyaya yoluxaraq vəfat edən həkimlərə şəhid statusunun verilməsi mövzusu müzakirə olunur. Belə ki, insanların sağlamlığı üçün öz həyatlarını riskə atan həkimlərin şəhidlik mərtəbəsinə yüksəldiyi, onlara şəhidlik statusunun verilməsinin vacib olduğu bildirilir.

Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu da musavat.com-a açıqlamasında bildirib ki, bir həkim bilə-bilə ölümə gedirsə, ona şəhid deyilməlidir:

“Hippokrat andında birinci cümlə belədir: Mən xəstənin həyatı üçün öz həyatımı qurban verməyə hazıram. Həkimlərin prinsipi budur: onlar bilirlər ki, epidemiya var, 90 faiz ölüm var. Bunu bilə-bilə fəaliyyət göstərirlər. Bir insan bilə-bilə ölümə gedirsə qəhrəman sayılır, qəhrəman olur. Bir həkim də bilə-bilə ölümə gedirsə, ona şəhid deyilməlidir. Şüurlu şəkildə ölümə gedən şəxslərə şəhid deyilir. Allah polisləri də, həkimlər də saxlasın. Amma koronavirusla mübarizədə polis və həkimlərimiz öləcəksə, onlara şəhid statusu verilməlidir”.

Bəs, koronavirusla mübarizədə ölən həkimlər şəhid sayılmalıdırmı? Bu barədə dindarlar nə düşünür?

Mövzu ilə bağlı musavat.com-a danışan ilahiyyatçı Hacı Şahin bildirib ki, canını fəda edən şəxslər Allah qatında şəhid hesab edilir: “Xalqı uğurunda fədakarlıq edənlər, istər düşmən ilə döyüşdə həlak olanları, istərsə də, insanların sağlamlığı üçün canını təhlükəyə atanları şəhid adlandırmaq olar. Şəhidlik müqəddəs rütbədir. Təkcə düşmənlə döyüşdə həlak olanlara deyil, əgər insan Allah rızası üçün, təmənnasız xalqa xidmət edir və canını təhlükəyə atırsa, ona şəhidlik statusu verilə bilər. Həmin şəxslər Allah qatında şəhid mərtəbəsinə yüksələ bilər. Çünki hədislərdə elm uğurunda öldürülənlər də, doğuş zamanı dünyasını dəyişən analar da şəhid hesab olunur. Həkimlərimiz də insanların sağlamlığı yolunda canlarını fəda edirlərsə, şəhid sayılırlar”.

Hacı Şahin karantin günlərində insanlara evdə qalmağı məsləhət görüb: “Karantin dövründə əsas qayda özünü cəmiyyətdən təcrid etmək, sosial məsafəni gözləməkdir. Insanlar bacardıqları qədər bu qaydalara riayət etməlidirlər. Bu onların sağlamlığı üçün vacibdir. Bu tək qanun qarşısında deyil, Allah qarşısında da məsuliyyətdir. Dinimiz də bizə tövsiyə edir ki, ehtimal olunan ziyandan qorunmaq lazımdır. “Quran”da ayədə də qeyd olunub ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Belə bir şəraitdə tələblərə əməl edən insanlar həm özlərini, həm də cəmiyəti qorumuş olurlar, həm də karantin müddətinin azalmasına yardım edirlər. Ortada faciəvi bir şey yoxdur. Bəşər tarixində belə hallar olub, insanlar o günləri arxada qoyub. Qısa zamanda bu günlər də tarix olacaq, insanlar əvvəlki həyatlarına qayıdacaq. İndiki situasiyada ümidsizliyə qapılmamaq lazımdır. Gələcəyə ümidlə baxaraq karantin günlərini arxada qoya bilərik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar