Xəbər lenti
Prezident səhiyyə nazirini vəzifədən qovdu -ŞƏKİL
Dövlət başçısı pandemiya səbəbindən bölgə rəhbərlikləri tərəfindən tətbiq olunan karantin tədbirlərini dəfələrlə pisləyib.
Braziliya Prezidenti Jair Bolsonaru koronavirus pandemiyasının qaynar vaxtında ölkənin Səhiyyə naziri Luis Enrike Mandettanı istefaya göndərib.
“TASS” xəbər verir ki, bu barədə sabiq nazir özünün “Twitter” hesabında paylaşım edib.
“Elə indicə prezident mənim Səhiyyə Nazirliyindən kənarlaşdırıldığım barədə xəbər verdi”, - paylaşımda belə deyilir.
Mandetta, həmçinin nazirlikdəki həmkarlarına təşəkkür edib və yeni təyin olunacaq nazirə uğurlar arzulayıb. Bu vəzifəyə cümə günü dövlət başçısı ilə görüşü olan onkoloq Nelson Taişin namizədliyinin gözdən keçirildiyi ehtimal olunur.
Mandetta mütəmadi olaraq koronavirusun yayılmasına və bütün səhiyyə sisteminin dağılmasına qarşı ən effektiv üsul kimi sosial özünütəcridin lehinə çıxışlar edib və prezidentin fikrinə zidd olaraq bu üsulu müdafiə edib. Dövlət başçısı pandemiya səbəbindən bölgə rəhbərlikləri tərəfindən tətbiq olunan karantin tədbirlərini dəfələrlə pisləyib. Bolsonarunun sözlərinə görə, virus yalnız yaşlılar və risk altında olanlar üçün təhlükəlidir və onun fikrincə, əksər insanlar bu xəstəliyi “mülayim soyuqdəymə” şəklində keçirir. Braziliya lideri hesab edir ki, məhdudlaşdırıcı tədbirlər ölkə iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb olacaq, kütləvi xarabalığa və artan işsizliyə gətirib çıxaracaq.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar