Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Professordan çağırış: “Azərbaycan Prezidentinə Milli Qəhrəman adı verilsin”

Tarix: 16-04-2020 19:33     Baxış: 4687 A- / A+
Professordan çağırış: “Azərbaycan Prezidentinə Milli Qəhrəman adı verilsin”

Azərbaycanın Dövlət Mükafatı laureyatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Azərbaycan Respublikası Milli Məclisinin üzvlərinə müraciət edib.

Manevr.az-ın demokrat.az-a istinadən xəbərinə görə, professor bəşəri fəlakət olan koronovirus pandemiyasının ölkəmizdə geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində görülən əhəmiyyətli tədbirlərə və bu mübarizədə göstərdiyi əzmkarlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi məsələsinin Milli Məclisin iclasında müzakirələrə çıxarılması təklifini irəli sürüb.

Müraciəti olduğu kimi, təqdim edirik:
Azərbaycan Respublikasının Milli Məclisinə
Hörmətli, Milli Məclis üzvləri!


Mən müstəqil Azərbaycanın Milli Məclisini ölkənin şəxsiyyətlər fondu hesab edirəm. Doğrudur, burada müəyyən dövrlərdə həmin fonda daxil edilməyə layiq olmayan təsadüfi adamlar da olub. Fəqət, bizim Milli Məclis ölkənin ən səlahiyyətli ali orqanıdır, ölkəmizin həqiqi sahibi olan Xalq tərəfindən seçilib. Ona görə də Millət vəkilləri toxunulmazdır: onlar öz şəxsiyyəti, ləyaqəti və mərhəməti ilə xalqa nümunədir və nümunə olmalıdır.

Mən bütün bunlara güvənərək, bir vətəndaş və ziyalı kimi sizə müraciət edirəm. Son illər respublikamız cənab Prezident İlham Əliyevin bacarıqlı idarəçiliyi, siyasi iradəsi, diplomotik uzaqgörənliyi sayəsində həm beynəlxalq siyasi arenada, həm də iqtisadi sahədə görünməmiş tərəqqiyə nail olub.
Koronovirus sindiromunun qloballaşma nəticəsində meydana çıxmış sərhədsiz dünya ideyasını məğlubiyyətə uğratdığı bir dövrdə cənab Prezidentin vətənini və xalqını dərin məhəbbətlə sevməsi bütün dünyaya nümunə oldu. Tarix onun dövlət siyasətinin, iqtisadi layihələrinin bütün sahələrdə keçirdiyi uğurlu islahatların doğruluğunu bir daha təsdiq etdi. “Hər bir azərbaycanlının Prezidenti” olan İlham Əliyev böyük reformatordur.

O, Azərbaycanı yenidən qurmağa, dünyanın ən dayanıqlı ölkəsinə çevirməyə nail oldu. Dünyanın və mənəm-mənəm deyən Avropanın dövlət başçılarının çaşqın bir vəziyyətdə qaldığı dövrdə onun öz dövlətinin gələcəyi naminə Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə gördükləri işlər cahanşümul siqlətə malikdir. Böyük Çingiz Aytmatovun təbirincə desək, “XXI əsrin lider etalonu” İlham Əliyev uzaqgörənlik və müdriklik nümayiş etdirərək, ölkəni kürəsəl fəlakətdən xilas etmək üçün fədakarlıq və rəşadət göstərir.

Bütün bunları nəzərə alaraq, inadkar bir inamla ölkəmizi hədəf seçən bəşəri fəlakətə qarşı böyük rəşadət və əzmkarlıqla mübarizə aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi məsələsinə baxılmasını sizdən xahiş edirəm.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar