Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

43 yaşlı bu polis Türkiyəni böyük faciədən xilas etdi

Tarix: 06-01-2017 09:15     Baxış: 4274 A- / A+
43 yaşlı bu polis Türkiyəni böyük faciədən xilas etdi


İzmirdə törədilən terror aktı zamanı şəhid olan polis əməkdaşı Fethi Sekinin onlarla insanın həyatını xilas etdiyi məlum olub.

“Anadolu” agentliyi xəbər verir ki, 43 yaşlı polis əməkdaşı qəhrəmanlıq nümayiş etdirib.

Fethi Seki ədliyyə binasının önündə terror təhlükəsini hiss edərək “canlı bombalar”la son nəfəsinədək vuruşub. O, terrorçularından birini öldürə bilsə də, özü də şəhid olub.

İzmir valisi Erol Ayyıldız Fethi Sekinin qəhrəmanlıq göstərdiyini bildirib.

"Terror aktı zamanı Fethi Sekinlə birlikdə ədliyyə əməkdaşı həlak olub. Onların qəhrəmanlığı nəticəsində böyük faciənin qarşısı alınıb. Terrorçuların arzusu puç olub”-deyə vali vurğulayıb.

Türkiyə baş nazirinin müavini Veysi Kayak da deyib ki, İzmirdə partlayışın baş verdiyi ərazidən tapılan silah-sursatlar daha miqyaslı hücumun hazırlandığını təsdiqləyir.

“Terrorçuların hazırlıqlı olması, habelə hadisə yerindən götürülən partlayıcı qurğular, silah və sursatlar daha qanlı hücumun hazırlandığını deməyə əsas verir”, - deyə V. Kayak qeyd edib.

Xatırladaq ki, İzmirdə məhkəmə binası qarşısında baş vermiş partlayış və atışma nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Terrorçulardan ikisi öldürülüb, daha biri barəsində axtarış elan edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar