Xəbər lenti
Prezident işarə etdi: həyati əhəmiyyətli məsələ... - Şərh
Prezidentin çıxışı zamanı toxunduğu məqamlar görülən işlərin əhəmiyyətini bir daha göstərir. Digər ölkə başçılarına nəzərən, Prezident İlham Əliyev görülən işlərə birbaşa özü nəzarət edir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Prezident çıxışı zamanı görülən islahatların əhəmiyyətindən bəhs edib:
“Ölkə başçısı çıxışı zamanı bir çox məqamlara toxunub və bunlar hazırkı vəziyyətdə çox önəmlidir. Prezident 2019-cu ildən etibarən keçirilən iqtisadi islahatlar barədə danışdı. Azərbaycan üçün bu islahatlar olduqca əhəmiyyətlidir. Çünki ölkə başçısının da dediyi kimi, bu gün həmin islahatlar öz bəhrəsini verməkdədir. Cari ilin yekunları və əldə olunan iqtisadi statistik məlumatlar islahatların nəticə verdiyini göstərir”.
Politoloq qeyd edib ki, Prezidentin 2019-cu il islahatları koronavirus pandemiyasının ölkə iqtisadiyyatına vurduğu zərəri azaldıb:
“Bu bir reallıqdır ki, cari ilin yekunlarında əldə edilən iqtisadi uğurlar koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirini azaldır. Ölkə başçısı da bu istiqamətdə görülən islahatların nə dərəcədə əhəmiyyətli olduğunu bir daha vurğuladı.
Hazırda Azərbaycanda makroiqtisadi sabitlik davam etməkdədir. Xüsusilə də neft sektorunda itkilərin baş verməsinə baxmayaraq, göstəricilərdə sabitlik müşahidə olunur”.
Q.Hüseynli deyib ki, Azərbaycan xüsusilə qeyri-neft sektorunun inkişafı sahəsində önəmli addımlar atır:
“Ölkə başçısı iqtisadi islahatlar çərçivəsində bu sahəyə xüsusi əhəmiyyət verir. Çıxışı zamanı bu məsələyə bir daha toxunan Prezident mövcud vəziyyət çərçivəsində qeyri-neft sektorunun həyati əhəmiyyəti barədə danışıb”.
Politoloq qeyd edib ki, koronavirus pandemiyası hazırda ölkə başçısının diqqətindədir:
“Ölkəmizdə koronavirusa yoluxan insanların qorunması və müalicələri üçün əsaslı işlər görülüb. Ölkə başçısı yaxın günlərdə istifadəyə verilən maska və tibbi dərman vasitələri emal edən fabriklərdən də bəhs edib. Əslində, bu bir daha ölkə başçısının koronavirus pandemiyası fonunda xalqı qorumaq üçün gördüyü işlərin bariz nümunəsidir”.
Q.Hüseynlinin sözlərinə görə, Prezidentin çıxışı zamanı kənd təsərrüfatı sahəsində görüləcək işlərdən danışması qida təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır:
“Prezident çıxışı zamanı kənd təsərrüfatı sahəsinin əhəmiyyəti barədə danışıb. Xüsusilə qarşıdakı illərdə bu sahənin inkişafı üçün fermerlərə, torpaq sahibkarlarına güzəştli kreditlərin verilməsi kimi məsələlərə toxunub. Bu gün bu məsələ həqiqətən də aktualdır. Çünki istənilən halda kənd təsərrüfatı ölkənin qida təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar