Xəbər lenti
Qazanxanaların qazla təminatı davam etdiriləcək
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın qərarı ilə Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyəti tətbiq olunub.
20 aprel 2020-ci il tarixinədək insanların fərdi evlərində, daimi və müvəqqəti yaşadıqları yerlərdə qalmaları tələb edilib. Bu rejim dövründə Azərbaycan Hökuməti əhalinin üzləşəcəyi çətinliklərin aradan qaldırılması üçün bütün imkanları səfərbər edir. O cümlədən, sakinlərin qaz və istiliklə fasiləsiz təchiz edilməsi də bu tədbirlər planının tərkib hissəsidir. Bu baxımdan hər il aprel ayının 15-də ləğv olunan istilik mövsümü müəyyən müddətə qədər davam etdiriləcək. Belə ki, Azərbaycan Respublikasının Energetika Nazirliyindən “Azəriqaz” İstehsalat Birliyinə daxil olan rəsmi məktuba uyğun olaraq Birlik də fəaliyyətində bu məqama xüsusi diqqət ayırıb. Hazırda qazla təmin edilən mərkəzləşdirilmiş istilik sistemi olan obyektlərin təchizatı əvvəlki qaydada davam etdiriləcək.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi 505 qazanxanaya qaz verilişini həyata keçirir. Bura Bakı və Sumqayıt şəhərlərində yerləşən 340, bölgələrdə yerləşən 165 qazanxana daxildir. O cümlədən, təhsil müəssisələrini və uşaq baxçalarını istilik enerjisi ilə təmin edən qazanxanaların sayı 94-ə bərabərdir. Bunlardan 44-ü Bakı və Sumqayıt şəhərləri, 50-si isə regionların payına düşür. Baxmayaraq ki, təhsil müəssisələri və uşaq baxçaları karantin rejiminə görə müvəqqəti işləmir, lakin həmin yerlərin qaz təchizatı dayandırılmayıb. Sadəcə bu obyektlərdə hazırkı durumda qaz sərfiyyatı yoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar