Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-ın tanınmış qəzeti Ermənistanı ifşa etdi

Tarix: 05-01-2017 20:34     Baxış: 3327 A- / A+
ABŞ-ın tanınmış qəzeti Ermənistanı ifşa etdi

ABŞ-ın “Cape Cod Times” qəzetində “Ermənistanın silahlı hücumu qınanmalıdır” adlı məqalə dərc edilib.

Məqalədə 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə hücumundan və Ermənistanın Azərbaycana qarşı artıq 25 ildir davam edən təcavüzündən bəhs olunur.

Yazıda Ermənistan hərbiçilərinin Azərbaycanın dövlət sərhədini keçməsi, düşmənin dekabrın 29-da Tovuz rayonunda diversiya hərəkətləri və Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülən müvafiq tədbirlər haqqında məlumat verilir. Məqalədə Azərbaycan ərazisinin 20 faizinin işğalının davam etməsindən və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrindən (822, 853, 874 və 884) söhbət açılır.

Qeyd edək ki, məqalə Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar ABŞ ictimaiyyətini və Administrasiyasını məlumatlandırmaq üçün ABŞ Azərbaycanlıları Şəbəkəsinin həyata keçirdiyi yazılı kampaniyanın nəticəsi olaraq dərc edilib. Təşkilatın üzvləri, həmçinin ABŞ Administrasiyasını və ATƏT-in Minsk Qrupunu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməsi və Azərbaycana qarşı təcavüzü dayandırması üçün rəsmi İrəvana təzyiq göstərməyə çağırıblar. (AzərTAc)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar