Xəbər lenti
Ümid Partiyasının imkansız ailələrə yardımı davam edir -ŞƏKİLLƏR
Bildiyimiz kimi dünyanı saran koronavirus pandemiyası çox təəssüf ki, ölkəmizdən yan keçməyib. Pandemiya ərəfəsində nəzərə çarpan əsas problem işsiz, imkansız ailələrin gündəlik ərzağa olan ehtiyacı oldu.
Təəssüf ki, Azərbaycan höküməti pandemiya ilə mübarizədə çox mürəkkəb yol seçib, #evdəqal deməklə işsiz qalan insanların gündəlik ehtiyaclarını ödəməyini hələ də plan olaraq saxlayıb.
Hər zaman vətəndaşların yanında olan Ümid Partiyası bu dönəmdə də ölkədə ilk olaraq, yardımlaşma kampaniyası başladıb, ehtiyaclı vətəndaşları yalnız buraxmamağa çalışır.
Artıq bir aydan çoxdur ki, partiya İqbal Ağazadənin təşəbbüsü və təşkilatçılığı ilə imkan daxilində Azərbaycan xalqının yanındadır.
Təəssüf ki, yardıma ehtiyacı olan ailələrin sayı daha çoxdur.
Biz Ümid Partiyası olaraq, imkanı olan hər kəsi yardımlaşma kampaniyasına qoşulmağa çağırırıq. Gəlin, bu çətin günlərdə birləşək, xalqımızın yanında olaq, məmləkətimizi iqtidar-müxalifət demədən ağır durumdan birlikdə çıxaraq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar