Xəbər lenti
21 yaşlı bağça müəllimi koronavirusdan öldü -ŞƏKİLLƏR

21 yaşlı bağça müəllimi koronavirusun qurbanı olub.
Manevr.az milli.az -a istinadla xəbər verir ki, koronavirus testinin nəticəsi müsbət çıxan 21 yaşlı Katie Horne ( Keyti Horn ) bu xəstəlikdən ölüb.
Londondakı "King's College Hospital"da ağciyər transplantasiyası gözləyən Keytinin həyatını xilas etmək mümkün olmayıb.
Qızın bacısı Emma bildirib ki, Keytinin ölümü Britaniyada xəstəliyi ciddiyə almayanlar üçün "oyan" zəngi olmalıdır.
Onun iddiasına görə, xəstə bacısı mexaniki ventilyator qurğusuna qoşulmadığına görə anidən dünyasını dəyişib.
Qeyd edək ki, bugünkü statistikaya görə, Britaniyada 84279 nəfərdə koronavirus aşkarlanıb. 10612 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































