Xəbər lenti
Bu, xalq artistinə qarşı mənəvi terrordur – Millət vəkili
Mən xalqımızın sevimlisi, xalq artisti Afaq Bəşirqızına qarşı bəzi mənfur ünsürlər tərəfindən aparılan mənəvi terroru qətiyyətlə pisləyir və dərhal bu iyrənc kampaniyanı dayandırmağa çağırıram.
Manevr.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev moderator.az-a açıqlamasında deyib.
“Afaq xanım xalqını sevən, onun ağrı-acısı ilə yaşayan, öz mövqeyi olan bir ziyalımızdır. Afaq xanımın çıxışına tam qulaq asıb, onun məzmununa qiymət vermək lazımdır. Ayrıca kontekstdən çıxarılmış bir cümləni müzakirəyə çıxarmaq yolverilməzdir. Bundan başqa, hər kəs hansısa fikrini bəzən uğursuz ifadə edə bilər. Əgər kimsənin qiymətləndirməsi tənqididirsə, həmin fikrə etika çərçivəsində etiraz edib münasibət bildirmək olar. Amma danışarkən ağızlarından çirkab tökməyə alışmış bu qaragüruhçular əslində xalqımızı parçalayıb nəyəsə nail olmaq istəyirlər, amma əminliklə deyirəm ki, qazanacaqları xalqımızın nifrəti olacaq”, - Q.Həsənquliyev bildirib.
Qeyd edək ki, xalq artisti Afaq Bəşirqızının “Azadlıq” radiosunun efirində səsləndirdiyi ifadələr sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar