Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ziyalı öz ayıbının üstünə gülməz, ittihamla yanaşmaz, onu bataqlıqdan xilas edər..."- Emil Rasimoğlu

Tarix: 11-04-2020 13:37     Baxış: 2352 A- / A+
"Ziyalı öz ayıbının üstünə gülməz, ittihamla yanaşmaz, onu bataqlıqdan xilas edər..."- Emil Rasimoğlu

Afaq Bəşirqızına bir neçə söz...və ya Afaq Bəşirqızının ölüm səhnəsi...

Qəribədi...Həmişə babam deyərdi ki, çörəyimin duzu yoxdu. Vallah, elə bil bu torpağın da çörəyinin duzu yoxdu. Bu məmləkətdə ayaq tutan hansı bir insan övladına (təbii ki, az istisnalar olmaqla) necə deyərlər bir balaca işıq ucu göstərib dəyər verirsən özünü yer üzünün zülullahı hesab edir. Hətta elə zənn edir ki, ağlına nə gəldi danışa bilər. Təhqir belə olsa...

İndi bu Afaq Bəşirqızı da o qəbilədən olanlardan oldu. Heç olmaz olaydı! Deməli, bu günlərdə verdiyi müsahibədə rayon əhalisini göstərib deyir ki, Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bu günə düşmüşük. “Novostroyka”nın zirzəmisində şikəst uşaq əkib-doğurlar flan...
"Ziyalı öz ayıbının üstünə gülməz, ittihamla yanaşmaz, onu bataqlıqdan xilas edər..."- Emil Rasimoğlu

Bəli, bütün cəmiyyətlərdə olduğu kimi bizim də bu cəmiyyətdə Afaq Bəşirqızının dediyi neqativ hallar var. Olub, olur və bəlkə də olacaq. Çünki bu bir cəmiyyət prosesidi. Hər nə varsa müsbət ola bilməz. Bu öz yerində.

Amma adama deyərlər, ay Afaq Bəşirqızı bu məqamda axı sən kimsən, hansı ixtiyar sahibisən ki, hər hansı bir neqativ halı ümumiləşdirib bir əyalətə, xalqa şamil edirsən. Hətta təhqir etməkdən belə çəkinmirsən. Sənətinə dəyər verib, sevgi göstərib səni Afaq eləyən bu xalq olmadımı?! Salonlarda alqış səslərini sənə çatdıran əllərin sahibi bu xalq deyildimi?! Nə oldu, indi dəhlizlərdə təsəvvür edirsən bu xalqı.

Xalqı təhqir etmək, aşağılamaq ucalıq deyil. Heç ziyalılıqdan da deyil, nəyinki şəxsiyyətdən... Ziyalısansa tərbiyə et, nümunə göstər. Əgər lap bu xalqın əxlaqi problemlemləri sənin dediyindən də böyük olsa belə yenə ona günahkar sənsən, mənəm, əli kitablı, özü şəxsiyyət, düşüncə, alilik, mənəviyyat tanıyan hər kəsdi. Ziyalı öz ayıbının üstünə gülməz, ittihamla yanaşmaz, heç ona kinayə də etməz, onu bataqlıqdan xilas edər. Bəli, öz ayıbının! Cəmiyyətin istənilən bir ayıbı ziyalının ayıbıdır.

Adam sevgiyə, özünə xəyanət etməsin gərək, Bəşir Səfəroğlunun qızı!

Emil Rasimoğlu
AYB-nin üzvü,
Prezident təqaüdçüsü

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar