Sizin Reklam Burada
Xəbər lenti
16-07-2025
15-07-2025
BÜTÜN XƏBƏRLƏR

Fransada beynəlxalq ticarət mərkəzi morqa çevrildi - Morq xidməti kəskin bahalaşdı: YAXININI 1 SAAT GÖRMƏK ÜÇÜN...

Tarix: 11-04-2020 06:29     Baxış: 3161 A- / A+
Fransada beynəlxalq ticarət mərkəzi morqa çevrildi

Fransanın ən böyük topdansatış və beyəlxalq ticarət mərkəzi olan Paris Ryuncis yeni tipli koronavirus epidemiyasının vüsət alması səbəbindən morqa çevrilib. Ölənlərin yaxınlarından tələb edilən morq xərcləri ailələrin kütləvi narazılığına səbəb olub.

Fransada yeni tipli koronavirus (Kovid-19) pandemiyası səbəbindən ölənlərin sayının artmasından sonra Paris valiliyi Avropanın ən böyük topdansatış mərkəzinin ərazisinin morqa çevrilməsini qərara alıb.

Morq xidmətinin qiymətinin çox baha olması insanlarda narazılıq doğurub. Cənazənin bir həftə saxlanılması üçün 159 avro, sonrakı əlavə hər bir gün üçün 35 avro qiymət oxunur. Doğmaların və yaxınların öz əzizlərinin cənazəsini 1 saat görməsi üçün 55 avro tələb olunur. Xalq və siyasətçilər bu morq tariflərini kəskin tənqid ediblər.

Koronavirusdan ölənlərin sayının çox olması səbəbindən cənazə işlərinin 10 gündən 21 günə qədər uzadıla biləcəyi bildirilir. Cənazənin dəfni və yaxud yandırılmasından əvvəl ölən yaxını ilə bir saatlıq vidalaşmaq üçün əlavə olaraq 55 avro “görüş haqqı” istənilir.

Fransanın solçu “Əyilməz Fransa” partiyasının lideri, Avropa Parlamnetinin deputatı Jan-Lyuk Melanşon “Tvitter” şəbəkəsindəki açıqlamasında deyib: “Bu günün yeni dünyası bu deməkdir. Bir dostumuzun əlini tutmadan təklikdə ölürük və cənazəni buzxanadan götürmək üçün ailələr pul ödəyirlər. Bəsdir, vücudumuzu evdə bağlı saxlaya bilərsiniz, lakin insanlığımızı yox!” hurriyyet.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar