Xəbər lenti
Rövşənin qətlini o sifariş edib - Sensasiya

Rəşad İsmayılov (Rəşad Gəncinski) qanqsterlər arasında Rövşən Canıyevin onun əmri ilə öldürüldüyünü bildirib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. İsmayılov bunun vasitəsilə Moskvada öldürülən yaxın dostu Canpolad Şamiloğlunun qisasını aldığını bildirib.
Qeyd edək ki, Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda qətlə yetirilib. Onun ölüm əmrinin kim tərəfindən verilməsi hələ də qaranlıq olaraq qalır. Bəzi mətbuat orqanları Lənkəranskinin öldürülməsi haqqında əmrin rus mafiyasının lideri olan Zaxariya Kalaşov tərəfindən verildiyi haqqında informasiya yayıb.
Lənkəranski həmçinin Canpolad Şamiloğlunun da qətlinin sifarişçisi sayılır. Onlar arasında qarşıdurmanın Moskvadakı “göy bazarı” ucbatından yarandığı və Lənkəranskinin iki killerinin Şamiloğlunu qətlə yetirdiyi bildirilir.
Rəşad Gəncinski rus mafiyasının mərhum lideri Ded Xasanın klanına aiddir. Bir müddət öncə Rusiya mətbuatı Rövşən Lənkəranskidən sonra yaranan boşluğu doldurmaq üçün Nadir Səlifov (Lotu Quli) və Vaqif Süleymanovun (Vaqif Bakinski) birləşdiyi haqqında informasiya yaymışdı. Mətbuat az sonra bu ittifaqa Rəşad İsmayılovun da qoşulduğunu bildirmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar