Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Sevinc Babayevanın oğluna hökm oxundu - 15 il

Tarix: 05-01-2017 12:37     Baxış: 2330 A- / A+

 Sevinc Babayevanın oğluna hökm oxundu
Sevinc Babayevanın oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Arvadını bıçaqlamaqda təqsirləndirilən Ayxan Məmmədova hökm oxunub.

Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədova 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror A.Məmmədovun törətdiyi əmələ görə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

A.Məmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

O, qısqanclıq zəminində arvadına 16 bıçaq zərbəsi vurub.

Xatırladaq ki, A.Məmmədov ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur.

Həmin zaman S.Babayeva "İnterpol" xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar