Xəbər lenti
Tanınmış yazıçıdan çağırış:"Heç kəs milyonların qəlbindən Mübariz sevgisini silə bilməz!"
Mən niyə Mübariz Mənsimovu müdafiə edirəm?!
Mübariz Mənsimovla 80-cı illərdə ilk və son dəfə o, Bakı-Krasnovodskiy parom gəmisində aşpaz işləyəndə rastlaşmışam. Cavan, necə deyərlər, sadə kəndçi uşağı idi.Lakin səmimiyyəti, mehribançılığı ilk baxışdan hiss olunurdu. O vaxtdan bu günə kimi onunla nə görüşməmişəm, nə də əlaqəmiz olmamışdır. O, sözsüz ki, məni xatırlamır. Buna baxmayaraq onun sonrakı fəaliyyəti haqqında mütəmadi məlumatım olub. Mənim eloğlumun, Azərbaycanın qeyrətli oğullarından olan Mübarizin uğurlarından həmişə qürur duymuşam. Öz zəhməti, işgüzarlığı nəticəsində dünyada tanınmış iş adamlarından biri ola bilmişdir. Bizdə milyonçular az deyildir. Lakin Mübariz başqalarından fərqli olaraq dövlətin hesabına deyil,öz zəhməti hesabına milyonçu olmuşdur.Yadımdadır,2001-ci ildə Ulu Öndər Heydər Əliyev Sumqayıtdakı çıxışında məmurlara sərt mesaj göndərdi. Bildirdi ki, siz xalqın hesabına mənsəb,var-dövlət sahibi olmusunuz, lakin xalq üçün qazandığınızdan xərcləmək istəmirsiniz. Belə getməz!
Bax, Mübariz o məmurlardan fərqli olaraq öz şəxsi qazancını xalqı, milləti, Vətəni yolunda xərcləyir. İmkansıza arxa durur, evsizə ev verir, xəstəyə, tələbəyə maddi yardım, işsizə iş verir. Budur vətənpərvərlik, budur insanlıq, budur Allahın yolu ilə getmək!
Mübariz iş adamıdır, siyasət adamı deyil və belə fikri də bildiyim qədər yoxdur. Mübariz dəfələrlə özünü Azərbaycan və Türkiyənin övladı adlandırıb, hər iki ölkənin başçılarına sədaqətini bəyan etmişdir. Nədənsə, gözügötürməyənlər, riyakarlar milyonların sevgisini qazanmış Mübarizin uğurunu həzm edə bilmirlər. Mübarizi özlərinə ciddi rəqib hesab edirlər. Onu ləkələməyə, məhv etməyə çalışırlar. Bu haqsızlığa göz yummaq əslində bu haqsızlığın iştirakçısı olmaq deməkdir! Bir məsələ də məni, milyonlarla soydaşlarımızı narahat edir. Ola bilsin Mübarizin fəaliyyətində hansısa qanun pozuntusu var. Bunu istisna edə bilmərəm, eləcə də təsdiq edə bilmərəm. Bu,hüquq- mühafizə orqanlarının işidir. Ancaq bu heç bir əsas vermir ki, onunla terrorist kimi davransınlar. Ən azından səhhətini nəzərə alıb,məhkəmənin son qərarına kimi istintaq müddətində ev dustağı imkan tədbirini seçə bilərdilər.
Bu gün Mübarizi fiziki cəhətdən məhv edə bilərlər. Lakin heç kəs milyonların qəlbindən Mübariz sevgisini silə bilməz! Biz hamımız MÜBARİZ olacağıq!
Mən indi ahıl yaşındayam. Necə deyərlər, ömrün qışını yaşayıram.Heç kəsdən heç nə ummamışan və ummuram, Vətənimə, torpağıma sədaqət və məhəbbətdən savayı. Bu yaşda həyat prinsiplərimə xəyanət edə bilmərəm, haqsızlığa susa bilmərəm!
Bax, buna görə mən Mübarizi müdafiə edirəm və gücüm çatana kimi də müdafiə edəcəyəm!Mən hər iki ölkənin rəhbərlərinin humanistliyinə, ədalətin təntənəsinə inanıram!
Bir daha aidiyyatı səlahiyyat sahiblərinə səslənirəm:
-Mübariz Mənsimova azadlıq verin! Sizlərə edilən çoxsaylı müraciətləri cavabsız qoymayın, ümidləri qırmayın!
Onsuz da gec-tez həqiqət üzə çıxacaq, bu çirkli oyunun, xəyanətin təşkilatçıları ifşa olunacaqlar!
Bunu,unutmasınlar!
Süleyman Hüseynov, şair, yazıçı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar