Xəbər lenti
Azərbaycanda koronavirus yanvardan başlayıb? – Azərbaycanlı doktor Almaniyadan yazır
(Elmi təhlil)
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev COVİD-19 pandemiyası və onun Azərbaycandakı fəsadları barədə diqqət çəkən məqalə hazırlayıb. Manevr.az N.Abdullayevin həmin məqaləsini təqdim edir.
***
Almaniyada ilk yoluxma zəncirinin araşdırılması istiqamətində aparılan bir tədqiqatda maraqlı bir fakt üzə çıxır. Belə ki, bu xəstələrin təxminən yarısında dadbilmə və qoxubilmə hissinin itirilməsi faktı aşkarlanır. Bu faktlar elmi ədəbiyyata daxil olduqdan sonra daha bir funksional elmi tədqiqat vasitəsi ilə həqiqətən COVİD-19 virusunun burunda qoxu bilmə sistemində müəyyən növ hüceyrələri ciddi şəkildə zədələməsi faktı da sübut olundu.
Amma daha da maraqlısı İrandan olan ən yeni tədqiqatdır. Belə ki, burada 15.000 insan arasında aparılan sorğudan bəlli olur ki, bunlardan 10.000 insanın iyi bilməsində ciddi problem yaranıb və hətta bu insanların da 76,2 %-də anidən kəskin şəkildə iyi bilmələri itib (birdən-birə heç nəyin iyini hiss etməmək). Bu xəstələrin 75% də isə burun axması ilə yanaşı, qızdırmaya və adi qrip simptomlarından da ağır şikayətlərə rast gəlinir. Bu xəstələrin 83,4 %-də dadbilmənin də itməsinə rast gəlinir, hansı ki, Almaniyada aparılan tədqiqatdakı viruslu xəstələrin şikayətləri ilə də üst-üstə düşür. Bu xəstələrin ümumilikdə 12,1 %-nin ailə yaxınları da bu xəstəliyə eyni simptomlarla (tənəffüs yollarının infeksiyası) tutulur və ailə üzvlərindən 1 nəfər və ümumilikdə isə 7,8 %-i xəstəxanaya yerləşdirilir.
Burada ən maraqlı və vacib məqamlardan biri də bu xəstələrin yaxınlarının 48%-də və ev şəraitində ortalama bir nəfər ailə üzvündə də kəskin şəkildə qoxu bilmənin itməsinə rast gəlinməsidir.
Bütün bunlar onu göstərir ki, kəskin şəkildə dad və qoxu bilmənin itməsi bu viruslu xəstələrdə tənəffüs yollarının infeksiyası zamanı olan simptomlarla yanaşı olub və hətta başqalarına yoluxdurmadan sonra tənəffüs yollarının infeksiyası zamanı olan simptomlardan da çox kəskin qoxu bilmənin itməsi rast halına gəlinir.
Bütün bunlara elmi ədəbiyyatda rast gəlib analiz etdikdən sonra Azərbaycanda da yaxın çevrəm arasında çox kiçik bir sorğu keçirtmək qərarına gəldim. Sorğudan birmənalı şəkildə ortaya çıxan o oldu ki, təxminən yanvar ayının ortalarında eyni simptomlarla, hətta kəskin şəkildə dad bilmə və qoxu bilmənin itməsi də daxil olmaqla, həmin insanlar naməlum bir xəstəlik (COVİD-19???) keçirib.
Nəzərə almalıyıq ki, həmin ərəfədə Almaniya və İrandan Azərbaycana gələn kifayət qədər insanların olması bu virusun daşınmasına şərait yarada bilər. Bu da onu deməyə əsas verir ki, həqiqətən Azərbaycanda bəzi insanların COVİD-19-a artıq yanvar ayından tutulmasının sorğu yolu ilə və tibbi cəhətdən sübut olunması (bu günlərdə bunu həyata keçirmək tamamilə mümkündür) ölkəmizdə virusla mübarizəyə birmənalı şəkildə fərqli təsir göstərər və effektiv mübarizəyə kömək edər.lent.az
Kölndən salamlarla,
Nuran Abdullayev
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar