Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev bu gün növbəti videoqəbul keçirib -ŞƏKİLLƏR

Tarix: 07-04-2020 18:04     Baxış: 4315 A- / A+
Rövşən Rzayev bu gün növbəti videoqəbul keçirib

Dövlət Komitəsində videoqəbullar davam etdirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksional fəaliyyətini ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir. Komitə sədri Rövşən Rzayev aprelin 7-də növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və
məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib.
Məcburi köçkünlərə bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir.
Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür. Komitə sədrinin videoqəbulu dörd saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan
40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb. Xatırladaq ki, komitədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları davam etdiriləcəkdir. 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.

Manevr.az

Rövşən Rzayev bu gün növbəti videoqəbul keçirib
Rövşən Rzayev bu gün növbəti videoqəbul keçirib
Rövşən Rzayev bu gün növbəti videoqəbul keçirib
Rövşən Rzayev bu gün növbəti videoqəbul keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar