Xəbər lenti
Mədət Quliyev prezidentə müraciət etdi
Müdafiə Sənayesi naziri, Milli Qəhrəman Mədət Quliyev Milli qəhrəmanlar adından Prezident İlham Əliyevə müraciət edib.
Manevr.az xəbər verir ki, M.Quliyevin Milli qəhrəmanlar adından etdiyi müraciətdə deyilir:
"Bütün dünyanı cənginə almış, hətta ən güclü Avropa ölkələrini diz çökdürmüş koronavirus (COVİD-19) pandemiyası Azərbaycandan da yan keçməmişdir. Şükürlər olsun ki, Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik cavab vermiş, ilk xəstəlik faktının qeydə alındığı andan etibarən pandemiyanın təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmış, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, dövlət qurumları arasında əlaqələndirmə yüksək səviyyədə təmin edilmiş, əhali arasında maarifləndirmə aparılmış, quru sərhədləri bağlanmış, aviareyslər təxirə salınmış, ölkə daxilində ciddi karantin rejimi tətbiq olunmuşdur.
Xaricdən qayıdan vətəndaşlarımızın istisnasız karantinə alınması, ölkə üzrə onlarla xəstəxananın koronavirus xəstələrinin sərəncamına verilməsi belə bir vəziyyətdə olduqca təqdirəlayiq haldır. Bu gün dövlətimizin bütün mümkün maddi imkanları epidemiyanın və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilmişdir. COVID-19 xəstəliyinin iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə Sizin imzaladığınız müvafiq Sərəncamla böyük həcmdə maliyyə vəsaitinin ayrılması, pandemiyadan zərər çəkmiş sahibkarlara və bu sahədə çalışanlara yardım göstərilməsinə dair göstəriş verməyiniz bir daha sübut etdi ki, dövlətimizin yürütdüyü siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan gələcəyi durur. Pandemiyanın təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Sizin yürütdüyünüz siyasətin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi tərəfindən də təqdir edilməsi qürurverici haldır.
Hörmətli cənab Prezident!
Biz - Azərbaycanın Milli Qəhrəmanları pandemiyaya qarşı mübarizə istiqamətində Sizin yürütdüyünüz siyasəti dəstəklədiyimizi, belə bir çətin dönəmdə dövlətimizin yanında olduğumuzu, xalqımızın sağlam və firavan gələcəyi naminə hər cür fədakarlığa hazır olduğumuzu bəyan edirik. Sizin müdrik rəhbərliyiniz altında həyata keçirilən yüksək səviyyəli qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə tezlikdə pandemiyanın qarşısının alınacağına və vətəndaşlarımızın əvvəlki gündəlik həyatlarına qayıdacaqlarına bütün qəlbimizlə inanırıq!".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar