Xəbər lenti
Azərbaycanlı professordan koronavirusla bağlı ŞOK AÇIQLAMA: İsti havada yox olması...
“Azərbaycanda isti havanın koronavirusu məhv etməsi fikri sadəcə illuziyadır”.
Manevr.az bildirir ki, bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.
Professor ölkəmizdə isti havaların koronovirusu məhv etməsi barədə şayiələrə aydınlıq gətirib: “Günəşdən gələn ultrabənövşəyi şüalar koronavirusa təsir göstərir. Yəni bu virusun məhv edilməsi üçün öldürücü istilər lazımdır. Ultrabənövşəyi şüaların öldürücü təsirinin olması faktoru var. Ancaq 50 dərəcədən yuxarı bir istilik olmalıdır ki, pandemiya deaktiv olsun. Azərbaycanda isə belə bir istilik dərəcəsi yoxdur. Karantin tədbirləri düzgün həyata keçirilərsə, 10-12 həftə müddətində COVID-19 virusunun yoxa çıxması prosesini müşahidə edə bilərik. Həmin vaxt da yaya təsadüf etdiyindən biz yayda infeksiyanın tədricən təsirinin azalacağını proqnozlaşdırırıq. Yəni zaman amili yay fəsli ilə üst-üstə düşür. Əks halda isti hava ilə o qədər də əlaqəsi yoxdur. Azərbaycanda yay fəslində ultrabənövşəyi şüalar müəyyən qədər təsir göstərə bilər, amma bu, həlledici isti deyil. Yəni buna yetərli dərəcədə istilik bizdə yoxdur.
Adil Qeybulla vurğulayıb ki, karantin tədbirlərinə vətəndaşlarımız düzgün əməl etməsə və proses öz nəticəsini verməsə, bizi çətin günlər gözləyir: “Karantin tədbirləri effektli olmadığı təqdirdə, ikinci dalğa reallaşa bilər. Çini buna nümunə göstərə bilərik. Hazırda Çində yenidən müəyyən yayılmalar var. Ona görə də, vətəndaşlarımız izolyasiya tədbirlərinə ciddi əməl etməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar