Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlham İsmayılov:"Hər kəs bu ağır günlərdən nəticə çıxarmalıdır"

Tarix: 03-04-2020 18:30     Baxış: 3711 A- / A+
İlham İsmayılov:"Hər kəs bu ağır günlərdən nəticə çıxarmalıdır"

Gəlin yaxşı-yaxşı fikirləşək, axı biz Allaha yalvarıb dünyanı düzəltməsini, yer üzərindəki haqsızlıqlara son qoyulmasını istəyirik. Bunun neçə baş verəcəyini isə möcüzələrdə axtarırıq. Qısa bir zamanda bütün bəşəriyyəti, böyüklü kiçikli bütün dövlətləri, varlılı-kasıblı cəmən bütün insanların düşüncələrinin bir an içində mikroskopla belə cətinliklə görünən qarşısıalınmaz Taclı can alana cəm olması möcüzə deyilmi?!

Hələ bilmirik bu Taclının sakitləşməsindən sonrakı yeni həyat neçə olacaq.

Bizi qısa bir zamanda bir çox lazımsız işlərdən çəkinib göründüyümüz kimi olmağa virusmu yönəltməlidir

Belə bir deyim var; "bardaqdakı suya dolu tərəfindən baxmaq". Bunun anlamı odur ki, yarıya qədər su ilə dolu olan stəkanı kimsə yarısını boş görə bilər, kimsə onun yarısının dolu olduğunu..
Artıq dörd aydır dünyanın gündəmini koronavirus mövzusu zəbt edib. Bir aya yaxındır ki, ölkəmizdə də hər keçən gün bu vurus həyatımıza daha çox müdaxilə edir, sosial izolyasiyaları daha da dərinləşdirir. Bəlkə də son yüz ildə dünyanın bu cür qayğısı, problemi eyni olan bir durumla qarşılaşmamışdıq. Artıq hər gün həyatımızı öz təsiri altına alan, bizi etkiləyən pis xəbərlərə alışmışıq, mütləq şəkildə hər birimizin əhvalına mənfi təsirini göstərir.
Məsələyə bir az da "bardaqdakı suyun dolu tərəfindən" baxsaq bu dünyanı cənginə almış gözəgörünməz düşmənin bizə öyrətdiyi şeylər də az deyildir.
Əvvala onu deyim ki, bu virus dörd ay öncə Çində yayılmağa başlayandan xəbərləri hamımız izləmişik. Çindən dərhal sonra müxtəlif ölkələrdə bu pandemiyaya rast gəlinməyə başlayanda, həmən-həmən bütün ölkələr eyni problemlərlə qarşılaşdılar; tibbi maska, spirt qıtlığı və digər gigiyena vasitələri. Amma buna baxmayaraq, demək olar ki heç bir ölkə əvvəlcədən önləm almağa tələsmədi. Nəticədə bu gün də eyni problemlər tam həllini tapmayıb. Bu göstərir ki, biznes strukturlarımız və iş adamlarımız günün tələblərinə çevik cavab vermək məcburiyyətindədirlər. Fors major vəziyyətlər nəzərə alınmalıdı. Xüsusilə, torpaqlarımızın işğal faktını nəzərə alsaq, bu cür fövqəladə vəziyyət rejimlərinə hazırlıqlı olmalıyıq. Bu günlər əslində bizim üçün bir təlim rolunu oynamalıdı.
Bu pandemiya durumunda insanlarımız arasında birlik bə bərabərliyi sağlamaq, bir-biri ilə yardımlaşmaq, imkansıza kömək durmaq kimi hisləri daha da inkişaf etdirəcək. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Koronavirusla Mübarizəyə

Dəstək Fonduna olunan ianələr qısa müddətdə artıq 100 milyon manatı keçib. Bu ianələri göstərən vətəndaşlarımızın sosial statusuna baxanda görürük ki, bu ianələr sadəcə yardım deyil, həm də vətəndaş məsuliyyəti, birlik və bərabərlik çağrışlarına verilən bir səsdir, haydır.
Koronovirus pandemiyası günlərində biz bütün dünyada hava təmizliyinin şahidi oluruq. Sanki dünyanın bir növ ağciyərləri, nəfəsi təmizlənir. Bu virusun insanın ağciyərlərinə təsirini nəzərə alsaq, biz həm də dünyanın ekoloji vəziyyətinə bundan sonra daha həssas yanaşmağa çalışmalıyıq. Bunun bizə bir dərs, bir sınaq olduğunu anlamalıyıq.
Dünyanı, dünyada mövcud olan qida çatışmamazlığını dərk etməliyik, israf etdiyimiz nemətlərə baxış tərzimizi dəyişməkiyik. Bu ağır günlər bizə israf etməməyi, Allahın bizə verdiyi gözəl nemətlərlə normal rəftar etməyi öyrədir. Ümid edirəm ki, yenidən həyat öz
axarına düşdüyü zamanda toylarımızda və yas məclislərdəki israf etdiyimiz nemətləri daha təkrarlamayacıq. Əgər bu günlərdən dərs almayacıqsa insanlıq üçün nəticələr həmişə ağır olacaq. Lakin dərs alacağımız məsələ sadəcə bunlarla bitmir. İnanmaq istərdik ki, fikri, əməli yalnız varlanmaq olan, cənab prezidentin dəfələrlə səslənməsinə baxmayaraq, rüşvətxor xisləti ilə xalqın qanını hələ də sormağa davam edən bəzi məmurlar da bu günlərdən ibrət götürəcək, öz fəaliyyətində dəyişiklik edəcəkdir. Bəlkə də bu ağır günlər bizə bütün bunları öyrədəcək, bizləri islah edəcək. Hər birimizə öyrədəcək ki, şadlıq evlərində bahalı və həddindən artıq israfla keçirilən toyların bizim həyatımıza, xoşbəxt olmağımıza heç bir təsiri yoxdur, sadəcə bu israflar bəzi adamların varlanmağına, harınlamağına səbəb olur. Bəlkə dövlət başçısının xalqa xidmət etmək üçün təyin etdiyi bəzi məmurlar artıq anlayacaq ki, icra başçısı təyin edildiyi bir rayonun ağsaqqalı, o bölgənin başçısı və əhalinin xidmətçisi olmalıdır. Polis rəisləri yalnız asayişin keşiyində durmalı, sabitliyi, əmin-amanlığı qorumalı, daha biznes, fermer təsərrüfatı ilə məşğul olmamalı, tabeçiliyində olan işçilərdən, zor ilə çörək pulu qazanan insanlardan "əlavə rüsüm" almamalıdır. Kişi məktəb direktorları 8 Mart Qadınlar bayramında imkansız valideynləri ona hədiyyə etmək üçün qonşudan borc almamağa göndərməməlidir. Bu misalı yerində olmayan və yaxud yerini bilməyən istənilən vəzifə sahibləri ilə davam etdirmək də olar. Demək istədiyim odur ki, Allahın bizim üçün sınaq günü kimi göndərdiyi bu günlərin nəticələrini hər birimiz yaxşı dərk edib, düzgün qiymətləndirməliyik. Hər birimiz öz əməllərimizin, həyat tərzimizdəki əndazəsini aşmış məqamların islahına diqqət etməliyik.
Ayrıca bu günlər nə qədər acı, sıxıcı olsa da dövlətimizin qoyduğu qanunlara tam uymalı, özümüzü və bütün cəmiyyətimizi özünütəcrid etməyə təşviq etməliyik. Dünyanı bürümüş bu dəhşətli bəladan ölkəmizi və xalqımızı çox az zərərlə qorumağın ən düzgün yolu bu gün budur. Özünü qoru və cəmiyyəti qoru. İnanıram ki, bu günlər keçəcək və hər birimiz yenidən gur, şən və gözəl günlərə dönəcəyik.

İlham İsmayılov
ATXƏM-in sədri

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar