Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər SMS-lə icazə alsa belə, evdən çıxa bilməz - Rəsmi

Tarix: 03-04-2020 13:52     Baxış: 4239 A- / A+
Bu şəxslər SMS-lə icazə alsa belə, evdən çıxa bilməz - Rəsmi

Yaşı 65-dən yuxarı olan şəxslərin öz yaşayış yerini tərk etməsi məhdudiyyəti hazırda da var. Onlar icazə SMS-i alsalar belə, evdən çıxa bilməzlər. Aprelin 20-dək müvafiq qurumlar tərəfindən onların hərəkəti müəyyən edilərsə, bu, karantin rejiminin pozulması halı kimi nəzərə alınacaq.

Manevr.az xəbər verir ki, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, belə şəxslərə nəzərdə tutulmuş cərimələr də tətbiq oluna bilər.

C.Salmanov qeyd edib ki, vətəndaşlara icazə ilə bağlı 2 saatlıq müddət vətəndaş SMS-i göndərdiyi vaxtdan yox, cavab SMS-i gəldiyi müddətdən hesablanır.

Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir:

"Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin, şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər".

C.Salmanov deyib ki, müvafiq icazəni aldıqdan sonra vətəndaşlar iki saat ərzində Bakının istənilən rayonu ərazisində hərəkət edə bilərlər:

"Bu, o demək deyil ki, vətəndaş Yasamal rayonunda yaşayırsa, mütləq Yasamaldakı aptekdən dərman almalıdır. Digər apteklərə də gedə bilər. Amma müəyyən edilmiş müddətdə geri qayıtmalıdırlar".

Sədr müavini bildirib ki, həkimə getmək üçün icazə alan şəxsin müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.

C.Salmanov əlavə edib ki, KİV nümayəndələri, eləcə də fəaliyyətinə icazə verilən digər şəxslər əmək fəaliyyəti üçün sərbəst hərəkət edə bilərlər. Ancaq aprelin 5-dən onlar da evdən alış-veriş üçün çıxarkən digər vətəndaşlar kimi SMS göndərməlidirlər.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar