Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ləngimədən fövqəladə vəziyyət rejimi elan olunmalıdır” – Hüquqşünas hökumətə çağırış etdi

Tarix: 03-04-2020 05:00     Baxış: 3186 A- / A+
"Ləngimədən fövqəladə vəziyyət rejimi elan olunmalıdır”

“Hökumət çox gecikir, Prezident dərhal fövqəladə vəziyyət elan edib parlamentə göndərməlidir. Parlament 24 saat ərzində təsdiq etdikdən sonra ölkədə istənilən məhdudiyyətləri tətbiq etmək olar”.

Bunları hüquqşünas Ələsgər Məmmədli bildirib. Onun sözlərinə görə, hökumətin anti-böhran tədbirləri çərçivəsində atdığı addımlar müəyyən çərçivəyə qədər qanunvericiliyə uyğun idisə, son günlər baş verənlər artıq qanunun hüdudlarını aşır: “Azərbaycanda fövqalədə vəziyyət rejimi tətbiq edilmədən təməl hüquq və azadlıqların məhdudlaşdırılması mümkün deyil. Azərbaycan Konstitusiyası 1995-ci ildə, bugünkü karantin rejimini müəyyən edən qanunvericilik isə 1992-ci ildə mərhum Prezident Əbülfəz Elçibəy tərəfindən qəbul olunub. O zaman konstitusiya yox idi və Azərbaycan Avropa Şurasının üzvü deyildi. Sözügedən qanundakı müddəaların konstitusiyaya uyğunluğu qiymətləndirildikdə yalnız Əsas Qanuna uyğun olanları tətbiq edilə bilər. Hökumət isə bunu nəzərə almadan qanunvericilikdə düzünə olan müddəaları tətbiq edir. Azərbaycanın qoşulduğu Avropa Şurasının İnsan Hüquqları Konvensiyasının bütün müddəalarında təməl hüquq və azadlıqlar yalnız və yalnız fövqəladə vəziyyət elan olunduğu zaman müvəqqəti olaraq dayandırılır. Bu baxımdan, Prezident fövqəladə vəziyyət elan etdikdən 24 saat ərzində parlament onu təsdiqləməlidir. Daha sonra 3 gün ərzində Avropa Şurasına məlumat verilməldir ki, ölkədə fövqəladə vəziyyət elan olunduğuna görə təməl hüquqlar müvəqqəti olaraq dayandırılır”.

Ələsgər Məmmədlinin sözlərinə görə, Konstitusiyanın 112-ci maddəsində bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan olunması nəzərdə tutulmayıb: “Ona görə də fövqəladə vəziyyət elan olunarsa, xəstəliyin yayıldığı bölgələr sadalanmalı və səbəb elan olunmalıdır”.

Qüdrət Həsənquliyev: “Qəbul olunmuş qərarların qanuniliyi məsələsini bir kənara qoysaq...”

Xatırladaq ki, BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bidirib ki, elan olunmasa da ölkədə faktiki fövqəladə vəziyyət rejimi tətbiq olunub. Partiya sədri deyib ki, qəbul olunan qərarlar vətəndaşların Konstitusiya ilə qorunan hüquq və azadlıqlarını məhdudlaşdırsa da, son zərurət vəziyyətində qəbul olunan qərarlar kimi qəbul olunmalıdır və kafi qiymətləndirilə bilər: “Konstitusiyamızın 112-ci maddəsinə görə, Prezident epidemiyalar zamanı fövqəladə vəziyyət tətbiq edir. Bu zaman "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinin 8.0.18 -ci bəndinə əsasən, karantin tətbiq edilməsi, sanitariya - antiepidemiya tədbirlərinin həyata keçirilməsi üçün müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bunun üçün Prezident müvafiq fərman imzalamalı və həmin fərman 48 saat ərzində Milli Məclisin müzakirəsinə çıxarılmalı idi. Məsələ burasındadır ki, bizim karantin rejimi zamanı hüquq subyektlərinin hüquq və vəzifələrini müəyyənləşdirən qanunvericilik bazamız da yoxdur. Hazırda Nazirlər Kabinetinin yaratdığı Operativ Qərargah beynəlxalq təcrübəyə istinad edərək qərarlar qəbul edir. Qəbul olunmuş qərarların qanuniliyi məsələsini bir kənara qoysaq, vətəndaşlarımızın epidemiya ilə mübarizə baxımından ciddi narahatçılığına əsas yoxdur. Hökumət mümkün olan hər şeyi etməyə çalışır. Bu məqsədlə, əslində elan olunmasa da, fövqəladə vəziyyət tətbiq olunub”. azpolitika.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar