Xəbər lenti
Deputatlar banklara çağırış etdi: bir-birimizə dəstək olaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatları banklara çağırış edib.
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin online iclası zamanı komitə üzvləri ölkədə fəaliyyət göstərən banklara çağırış edib.
Millət vəkili Elnur Allahverdiyev bildirib ki, komitə üzvləri banklara pandemiya şəraitində təqaüdçülərə təqaüdlərin verilməsi ilə bağlı çağırış ünvanlayıblar:
“Təqaüdlərin verilməsi zamanıdır. Pandemiya şəraitində təqaüdçülərimizə dəstək olun. Yaşlı vətəndaşlarımızın təqaüdlərini almalarını asanlaşdırın. Təqaüdlərin ödənilməsi prosesinə bütün banklar qoşulsun və təqaüdçülər üçün nağdlaşdırma faizsiz olsun. Həmrəyliyimiz naminə bir-birimizə dəstək olaq”./apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































