Xəbər lenti
Ləqəbi “Xorasani” imiş – İstanbul teraktının sensasiyalı təfərrüatı
Yeni il gecəsi İstanbulda “Reina” klubda 39 nəfərin həyatına son qoyan İŞİD üzvü ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Manevr.az xəbər verir ki, terrorçu İŞİD üzvləri arasında “Əbu Müslüm Xorasani” ləqəbi ilə tanınırmış.
Qatil sonuncu dəfə İstanbulun Zəncirliquyu bölgəsində təhlükəsizlik kameralarına düşüb. O, hadisəni törətdikdən sonra aradan çıxa bilib. Bir müddət hara gedəcəyini fikirləşib, daha sonra 8 taksi dəyişib.
Taksi sürücülərinin kimliyi araşdırılıb, onların ifadəsi alınıb.
Diqqət çəkən detallardan biri isə terrorçunun hücuma keçdiyi an olub. Belə ki həmin vaxt qapıda növbə çəkən 4 polisdən 3-ü nədənsə hadisə yerində olmayıb.
Hadisədən 15 gün öncə həyat yoldaşı ilə birgə İstanbula gələn terrorçu hücumdan 3 gün əvvəl həyat yoldaşını Konyaya göndərib.
Qeyd edək ki, hücumdan dərhal sonra sosial şəbəkələrdə terrorçunun kimliyi ilə bağlı müxtəlif variantlar irəli sürülüb. Bəziləri terrorçunun şaxta baba geyimində hücum etdiyini, bəziləri isə terrorçunun tək olmadığını iddia edib. Daha sonra cinayətkarın ilk görüntüsü yayıldıqdan sonra bu şəxsin Qazaxıstan əsilli Türkiyə vətəndaşı Ramazan İşan olduğu deyilib. Lakin bu iddialar öz təsdiqini tapmayıb.
Daha sonra qatilin 28 yaşlı Qırğızıstan vətəndaşı Lakhe Maşrapov olduğu barədə xəbərlər yayılıb. Lakin Qırğızıstanın “Turmuş” agentliyinə açıqlama verən Maşrapov İstanbul teraktında iştirak etmədiyini, hadisə ilə bağlı polisə məlumat verdiyini deyib.
Xatırladaq ki, “Reina” gecə klubuna hücum zamanı 27-i turist olmaqla 39 nəfər həlak olub, 69 nəfər yaralanıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar