Xəbər lenti
Qənirə Paşayeva iri şirkətlərə və imkanlı ailələrə müraciət etdi
Üzümü böyük şirkətlərə tuturam. Prezident dedi ki, indi milli həmrəylik günüdür. Böyük şirkətlərdən xahiş edirəm ki, işçilərini, əməkdaşlarını ixtisara salmasınlar. Əksinə, onların əmək haqlarını verin.
Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O, əlavə edib ki, kiçik və orta sahibkarlığı anlayırıq: “Cənab Prezident bir milyard manat ayırdı. Sözsüz ki, müəyyən mexanizmlər hazırlanacaq. Amma böyük şirkətlər bu məsələdə məsuliyyəti öz üzərlərinə götürməlidir. Bu ölkədə kasıb ailələrlə yanaşı, imkanlaı ailələr də var. İmkanlı ailələri kasıb ailələrə köməklik etməyə çağırıram. Hər biri 2-3 kasıb ailəyə dəstək ola bilər. Hesab edirəm ki, belə addım atdıqda heç nə itirməzlər, amma insanlıq adına çox şey qazanarlar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar