Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Azəriqaz" İB “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müraciətlərin qəbuluna başladı

Tarix: 29-03-2020 21:48     Baxış: 4233 A- / A+
"Azəriqaz" İB “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müraciətlərin qəbuluna başladı


Bu gündən etibarən "Azəriqaz" İstehsalat Birliyi Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində və 1 saylı “ASAN Kommunal” mərkəzində, hər birində 2 pəncərə olmaqla müştəri xidmətlərini bərpa edib.
Bu məkanlarda abonentlərin ilk növbədə qazsız qalmaması üçün ən zəruri xidmətlər (itirilmiş və ya zədələnmiş smart kartların bərpası, koda düşmüş kartların bərpası və s.) təqdim olunur. Bununla yanaşı Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət Sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar İdarələri və Sumqayıt qaz istismar Sahəsində də eyni xidmətlər göstərilməkdədir. Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da (Nizami rayonu, Babək pr. 21/24) abonentlər qəbul olunur, müraciətlərinə baxılır.

Qeyd edək ki, martın 20-dən 28-dək qeyri-iş günlərində təkcə paytaxt üzrə ümumilikdə 1600-ə yaxın müraciətə baxılıb. Onların arasında itirilmiş və ya zədələnmiş smart kartların bərpası, koda düşmüş kartların bərpası ilə bağlı müraciətlər çoxluq təşkil edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar