Xəbər lenti
“Azəriqaz” bir qrup işçi üçün növbədənkənar məzuniyyət qrafiki tərtib edib
Məlum olduğu kimi Azərbaycan Respublikasının Hökuməti tərəfindən koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Xəstəlikdən vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə bəzi dövlət qurumlarının əməkdaşları martın 29-dan aprelin 29-dək əmək haqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilir. “Azəriqaz” İstehsalat Birliyi də Hökumətin tələb və tövsiyələrini nəzərə alaraq bir qrup işçi üçün növbədənkənar məzuniyyət qrafiki tərtib edib.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Manevr.az-a bildirilib ki, birliyin strukturuna daxil olan bütün təşkilatların rəhbərləri və onların müavinləri, növbəli iş rejimi və ya iş qrafiki ilə işləyən işçilər növbədənkənar məzuniyyətə göndərilməyəcək. Lakin yaşı 60 yaşdan yuxarı olan şəxslər, öhdəsində azyaşlı uşağı olan qadınlar, onkoloji və ya ağciyər xəstəliyi olan şəxslər, özünün və ya ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olanlar, xroniki xəstəliyi olanlar növbədənkənar məzuniyyətə göndəriləcək. Bundan başqa məzuniyyət siyahısı tərtib edilərkən işə çıxarılması zəruri hesab edilməyən digər şəxslər, yəni evdən çalışması mümkün olan və ofisə gəlmədən də evdən işləyə bilən işçilərə üstünlük verilib. Yəni Birlik sabahdan etibarən daha az işçi qüvvəsi ilə maksimum işləmək imkanlarını səfərbər edir.
Onu da qeyd edək ki, bu qərar təkcə ştat cədvəli ilə çalışanlar deyil, xidməti müqavilə ilə işə cəlb olunanlara da (başqa sözlə sosial yardım alan fərdi sahibkarlar) şamil olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar