Xəbər lenti
Elxan Ələsgərov: "Novruz ermənilərin qədim xalq olmadığının təsdiqidir"
Novruz qədim əkinçi xalqların yaz gecə-gündüz bərabərliyini qeyd etdiyi yeni ildir.
Manevr.az bildirir ki, bunu trend-ə açıqlamasında "Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
Onun sözlərinə görə, bu, xüsusi etnosa malik milli, özəl ənənə deyil, günəş təqvimi ilə yeni ilin gəlişinin qeyd olunmasıdır:
"Əsas fakt odur ki, öz qədimliyi ilə lovğalanan ermənilər, bu regionda yaşayanda xalqlardan fərqli olaraq Novruzu qeyd etmir. Ermənilərin Novruzu qeyd etməməsi barədə sualla bağlı bir neçə fərziyyə irəli sürmək olar.
Əsas versiya ondan ibarətdir ki, indiki Ermənistan ərazisində məskunlaşan hayların Günəş təqvimi üzrə yeni illə (Novruz) bağlı tarixi yaddaşı mövcud deyil. Bu fakt müasir hayların tarixi ermənilərlə eyniliyi məsələsini sual altına qoyur.
Bu, hay tayfalarının Cənubi Qafqaza yad element olduğunun və bölgədə gec peyda olduqlarının təsdiqidir. İstənilən halda ermənilərin digər qonşulardan fərqli olaraq özlərini "regionda avtoxton və ən qədim xalq" adlandırması sualı cavabsız qalır".
Fəlsəfə doktoru qeyd edib ki, Novruzun mənbəyi islamaqədərki dövrlə, o cümlədən zərdüştiliklə bağlıdır və Asiyada, eləcə də Avropanın bir qismində məskunlaşmış xalqların qədim inancları ilə əlaqədardır:
"Bu bayramı hər il martın 21-də ermənilər istisna olmaqla, Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Hindistan, Pakistan, Əfqanıstan, Özbəkistan, Şimal Makedoniya, Tacikistan, Qırğızıstan, Qazaxıstan, İraq, Suriya, Çinin qərb əyalətlərinin sakinləri, eləcə də tatarlar, başqırdlar, Şimali Qafqaz və Rusiyanın digər vilayətlərinin xalqları qeyd edir.
Novruz yeni həyatın başlanğıcını simvolizə edən qədim bayramdır. Bu bayram fars Əhəməni imperiyası dövründə (eramızdan əvvəl VI-IV əsrlər) rəsmi status qazanıb. Bayramın yaranması Günəşə pərəstiş və qədim fars peyğəmbəri Zərdüştün adı ilə bağlıdır. Zərdüştilərin müqəddəs kitabı "Avesta" Novruz bayramının adının qeyd olunduğu ən qədim mənbədir. Qədim vaxtlardan etibarən, bu gün iudaizm, xristianlıq və islama mənsub çoxsaylı xalqlar arasında möhkəmlənən Novruz ənənələri bu gün qorunub saxlanılır. Müxtəlif xalqlar geniş coğrafi arealda xristianlıq və İslamın yayılmasına baxmayaraq bu günədək bu bayramı təntənəli şəkildə qeyd etməyə davam edir. Novruz adətləri ermənilər istisna olmaqla Azərbaycan xalqının və bu bayramı qeyd edən digər xalqların qədim tarixini təsdiq edir".
"Baku Network" Ekspert Şurasının direktoru
Fəlsəfə doktoru Elxan Ələsgərov
http://bakunetwork.com
Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork
https://www.facebook.com/BakuNetwork
Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar