Xəbər lenti
"Dünən bir Mübariz vardısa, bu gün minlər, on minlər, yüz minlər Mübarizdir!"
"Mübariz olmaq, Mübariz kimi yaşamaq hər igidin işi deyil".
"Bu gün Mübariz insanın - Mübariz Mənsimovun doğum günüdür. Uzun illərdən sonra ilk dəfədir ki, yanımızda deyil. Kədərliyik? Əlbəttə! Çünki başımız yanımızda deyil. Ümidsizik? Əsla!
Mübariz insanların bu günü sabahı ile üst üste düşməz. Bir gün döyüşdə olar, bir gün evdə. İndi Mübariz döyüşdədi. Və bu döyüş hələ yeni başlayır və Mübarizin qələbəsi ilə bitəcəyinə adımız qədər inanırıq. Mübariz Mənsimov bir SAVAŞÇIdır və biz onun hər zaman döyüşməsinə və sonunda zəfər qazanmasına alışdıq. Hər nə qədər döyüş istədiyimi şərtlərdə başlamasa da, Mübarizin savaşın seyrini lehimizə döndürəcəyindən əminik.
İnanmaq qazanmağın yarısıdır və Mübarizin komandası hər zaman ona inandı və qazandıq!
Etibar adlı bir dostumuz bu gün dedi ki, “Mən çox bəxtəvər insanam ki, yoluxmuşam: Mübariz ruhuna yoluxmuşam. Mübarizi sevən hər bir insan bu ruhun daşıyıcısıdır.”
Bəli, Mübariz qəlbləri fəth edib. Bu gün hamı Sizi düşünür, hamı Sizi təbrik edir, hamı Sizin üçün dua edir.
Ötən il bu gün Palmalidə qeyd edirdik doğum gününü. Saysız-hesabsız zənglər, təbriklər… Bu il ötən ildəkinin yüz qatı zənglər, mesajlar, paylaşımlar var. Dünən bir Mübariz vardısa, bu gün minlər, on minlər, yüz minlər Mübarizdir! Bu sevginin özü qələbə deyilmi? Qondarma ittihamlar, xainlər, muzdlular… Bütün etdiklərinin bir çöp qədər dəyəri yoxdu bu sevgi selinin yanında… Mübariz olmaq, Mübariz kimi yaşamaq hər igidin işi deyil. Bu gün hamı sizi düşünür, hamı sizdən yazır, hamı sizin üçün dua edir. Adını tarixə yazmaq bu deyilsə, nədir? Sən artıq adını tarixə qızıl hərflərlə yazdıran və hələ uzun müddət də yazdırmağa davam edəcək savaşçısan, Mübariz! Doğum günün mübarək, Patron!"
Fidan Guliyeva
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar